Azərbaycan və Fransa arasında bir sıra sahələr üzrə komissiya yaradılacaq. Azərbaycan və Fransa arasında bir sıra sahələr üzrə komissiya yaradılacaq.

Fransa-Azərbaycan Komissiyası yaradılacaq

Azərbaycan və Fransa arasında bir sıra sahələr üzrə komissiya yaradılacaq.

AzNews.az-ın məlumatına görə, bunu bu gün Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatda bildirib.

Fransalı nazir deyib ki, iki ölkənin iqtisadi əlaqələri genişdir, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə böyük perspektivlər var: "Bununla bağlı Fransa-Azərbaycan komissiyası yaradılacaq ki, bu mövzular ətrafında müzakirələr aparılsın. Bütün bunlar əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir".