- Köhnə - Siyasət
- 18 Mart 2013 16:40
- 1 823
“Ondan-bundan dəstək istəmək nəticə verməyəcək”
Bu sözləri tanınmış politoloq Vəfa Quluzadə AzNews.az-a azərbaycanlı deputatların ABŞ-da səsləndirdikləri fikirləri şərh edərkən deyib. Siyasi şərhçi bildirib ki, rəsmi Vaşinqton Qarabağ probleminin həll olunmadığını, sülhə imza atılmadığını, Azərbaycanın 20 faiz torpağının işqal altında olduğunu, atəşkəs rejiminin hər an pozulduğunu, müharibə təhlükəsinin varlığını bilir: "Bu barədə Amerika rəsmiləri əvvəllər də bəyanatla çıxış ediblər. Rusiya və İranın siyasəti odur ki, Azərbaycanı ələ alsınlar. Bütün bu məsələlər hamısı göz qabağında olduğuna görə, məsələlər məlumdur".
Azərbaycanın şimal və cənubdan daim təzyiqlər altında olduğu, təhlükənin hər zaman gözlənildiyi barədə bəyanatın nədən Amerikada səsləndirilməsinə gəlincə, V.Quluzadə deyib ki, əgər bu dəstək məqsədlidirsə, yanlışdır: "Amerika nə edə bilər? Amerikadan, Çindən, yaxud da başqa bir dövlətdən dəstək istəməkdənsə, öz xalqından dəstək istəmək daha yaxşı olar. Xalqa istinad etmək, xalqa arxalamaq, xalqı razı salmaq lazımdır ki, xalq da arxanda dursun. Bax bu işlərlə məşğul olmaq lazımdır. Gedib ondan-bundan dəstək istəmək heç bir nəticə verməyəcək"
Gültəkin
AzNews.az