Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndinin sakinləri ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndinin sakinləri ilə görüşüb.

Komitə sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşdü - Fotolar

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndinin sakinləri ilə görüşüb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, F. Muradov görüş iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib.

Komitə sədri deyib ki, görüşün məqsədi Faxralı kəndinin icması ilə tanış olmaq və yerli sakinləri narahat edən problemlərlə tanış olmaqdır.

Görüşdə Faxralı kəndinin ağsaqqalları, ziyalıları və gəncləri iştirak edib. Kəndin ziyalıları görüşdə çıxış edərək kəndin qayğıları və sakinləri narahat edən problemlər barədə danışıblar.