Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb. Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Yaponiyadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı yoxdur - XİN

Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Bu barədə AzNews.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.

Qeyd edək ki, ötən gün Yaponiyanın qərbində, Osaka şəhərində 6,1 baş gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 3 nəfər ölüb. Hadisə nəticəsində 50-dən çox şəxs xəsarət alıb. Sunami təhlükəsi elan olunmayıb.

AzNews.az