Bəlkə də beynəlxalq iqtisadiyyat üzrə mütəxəssislər, Dünya iqtisadiyaytının dolanbaclarından baş çıxaran insanlar ABŞ prezidenti D.Trampın Çinə qarşı açdığı ticarət savaşında hansısa rasilonal məntiq görürlər. Amma bizə elə gəlir ki, əslində, bütün bunların mərkəzində iqtisadi gücün siyasi təminat və beynəlxaq qüdrət olduğunu anlayan keçmiş biznesmen Trampın ABŞ-ın təzyiq vektorunu daha real rəqibə - Çinə qarşı yönəltmək istəyi dayanır. Bəlkə də beynəlxalq iqtisadiyyat üzrə mütəxəssislər, Dünya iqtisadiyaytının dolanbaclarından baş çıxaran insanlar ABŞ prezidenti D.Trampın Çinə qarşı açdığı ticarət savaşında hansısa rasilonal məntiq görürlər. Amma bizə elə gəlir ki, əslində, bütün bunların mərkəzində iqtisadi gücün siyasi təminat və beynəlxaq qüdrət olduğunu anlayan keçmiş biznesmen Trampın ABŞ-ın təzyiq vektorunu daha real rəqibə - Çinə qarşı yönəltmək istəyi dayanır.

Biznes təfəkkürü Trampı, o isə dünyanı təhdid edir...

Bəlkə də beynəlxalq iqtisadiyyat üzrə mütəxəssislər, Dünya iqtisadiyaytının dolanbaclarından baş çıxaran insanlar ABŞ prezidenti D.Trampın Çinə qarşı açdığı ticarət savaşında hansısa rasilonal məntiq görürlər. Amma bizə elə gəlir ki, əslində, bütün bunların mərkəzində iqtisadi gücün siyasi təminat və beynəlxaq qüdrət olduğunu anlayan keçmiş biznesmen Trampın ABŞ-ın təzyiq vektorunu daha real rəqibə - Çinə qarşı yönəltmək istəyi dayanır.

Bilirsiniz, böyük ticarət savaşının bir ünvanının da Qoca Dünya - Avropa olmasını haradasa başa düşmək olar, çünki avropalılar Sem dayının himayəsinə, okeanın o biri tərəfindəki baş müttəfiqlərinin siyasi və iqtisadi preferensiyalarına alışıblar. Trampsa deyir ki, ABŞ daha qəyyum olmaq istəmir və siz də ikincü Dünya müharibəsindən sonrakı Avropa deyilsiniz, ona görə də zəhmət çəkin, müdafiə xərclərini azacıq da olsa, artırın, ABŞ-la ticarətdə onun da maraqlarını nəzərə alın, ona görə ki, dünyanın ən qüdrətli ölkəsi həm də ən çox borcu olan ölkədir.

Fəqət, bir daha deyirik ki, Çinə qarşı həmlələr bundan fərqli olaraq, o qədər də məntiqli deyildir, çünki hamı azad rəqabətdən, qloballaşmadan dəm vurur, amma heç kim onun ruhuna və məntiqinə əməl etmir, təəssüf ki, proteksionist siyasi və iqtsadi məntiq hələ də qalır.

Əslində, bizi ABŞ-Çin və ya ABŞ-Avropa ixtilafları elə də maraqlnadırmır və bizim üçün maraqlı olan ABŞ-Rusiya müstəvisində baş verən proseslərdir. Həm də Trampın siyasi davranışında duyulan və demək olar, getdikcə problemə çevrilən beynəlxalq siyasətə bizensmen və ya kommersant yanaşmasıdır. Təbii ki, siyasətdə sonuncunun da elementləri var, amma buna rəğmən bütün hallarda siyasət nə biznesdir, nə də ki, kommersiya...

Hələ də biznesmen təfəkkürü ilə düşünən D.Tramp ölkəsi üçün əsas rəqibin Rusiya kimi ac və silahlanmış dövlətlərin deyil, Çin kimi iqtisadi gücü günbəgün artan ölkələrin olduğunu düşünür, ona görə də Rusiya ilə bağlı xəyallarından ayrıla bilmir.

Təkcə ötən həftə “Böyük yeddilər”in toplantısındakı dediyi sözlər nə qədər mübahisələrə səbəb oldu! Avropalı müttəfiqlər tamamilə çaş-baş qalmışdı; Rusiyaya qarşı sərt sanksiyaların başında dayanan bir ölkənin lideri necə bu sözləri deyə bilər axı?

Təsəvvür edin, ABŞ-ın prezdenti deyir ki, Krım Rusiyanındır, ona görə ki, bu kiçik yarımadada insanlar rus dilində danışırlar. Gülməli məntiqdi, deyilmi? Bu yanaşmaya görə, gərək, ABŞ da İngiltərəyə məxsus olsun, o səbəbdən ki, burada da hamı ingiliscə danışır...

Ona görə də adam belə siyasi oyunbazlığı görəndə ümidini tamam – kamal itirir, çünki üç həmsədr ölkədən birinin Rusiyanın başqa ölkəyə məxsus olan ərazini zəbt etməsinə bu cür baxırsa, ümid etmək olarmı ki, artıq üçüncü onillikdir davam edən Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələr onu heç olmasa azda da olsa, narahat edir?

Əlbət ki, olmur. Vaxtaşırı hamıda ümid yaranır ki, bəlkə nəsə dəyişdi, bəlkə üç həmsədr ölkə hansısa bir səbəbdən Dağlıq Qarabağ probleminə daha ciddi yanaşmağa başladı, amma gəl, olmur. Xüsusən də Dünyadakı “vacib” problemlərin siyahısına və ierarxiyasına baxanda düşünürsən ki, heç Dağlıq Qarabağ problemi bunların yadına da düşmür.

Amma burada da maraqlı bir nüans var. Bəlkə də səhv edirik, lakin hərdən elə gəlir ki, həmsədrlərin, ümumiyyətlə, Dünya ölkələrinin “unutqanlığ”ı da bizə yardımçı ola bilər. Baxın, aprel döyüşləri zamanı və ya Naxşıvanda müəyyən ərazilər azad edilərkən demək olar bunlara qarşı böyük dövlətlərin və “beynəlxalq birliy”in heç bir etirazı olmadı.

Bunun özü də çox yaxşı haldır. Deməli, düşmənin hər hansı təxribatından istifadə edib torpaqlarımızı hissə-hissə qaytara bilərik. Həm də bilməliyik ki, heç kim öz ərazisində işğalçı və yaxud təcavüzkar olmur – Dağlıq Qarabağ da və ona bitişik işğal olunmuş digər rayonlar da bizim öz torpaqlarımızdır. Həmin “dünya birliyi” ermənilərə bu torpaqları işğal etdiklərinə görə nəsə deyibmi, hansısa sanksiya tətbiq edibmi və yaxud da digər təpki göstəribmi? Yox, etməyiblər. Bəs belə olan təqdirdə, bizə niyə nəsə deməlidirlər? Bunlar deyir ki, biz reallıqla hesablaşırıq. Olsun. Onda biz də elə reallıq yaratmalıyıq ki, durub artıq bizimlə hesablaşsınlar...

Hüseynbala Səlimov
AzNews.az