Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərini geniş tərkibli heyətlə müşahidə edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərini geniş tərkibli heyətlə müşahidə edir.

Türkiyədə keçirilən səsvermənin günorta saatlarına qədər olan vəziyyəti - Türk Şurasından açıqlama (Fotolar)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərini geniş tərkibli heyətlə müşahidə edir.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türk Şurası beynəlxalq müşahidə missiyası ilə Antalya, İstanbul və Samsun şəhərlərində səsvermə prosesini izləməkdədir. Müşahidə missiyasına Türk Şurası və Türk Akademiyasının katibliyinin əməkdaşları, o cümlədən Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan rəsmi heyətlər daxildir.

Səsvermənin azad və demokratik şəkildə davam etdiyini bildirən Türk Şurasının baş katibi Ramil Həsən öz açıqlamasında bildirib ki, missiya günorta saatlarına qədər səsvermə prosesində heç bir qanun pozuntusu aşkar etməyib. Missiya səsvermənin yekunları ilə bağlı bəyanatla çıxış edəcək.

image description image description