Türkiyədə seçki bitdi. Həyəcan dolu günlər geridə qaldı. Qardaş ölkədə baş vərənlər əlbəttə Azərbaycan cəmiyyətində böyük maraq doğurur. Bu üzdən bizim cəmiyyətdə də Türkiyədəki seçki prosesinə, prosisin favoritlərinə böyük maraq göstərilməsi, bu və ya digər namizədə rəğbət qruplarının formalaşması son dərəcə təbiidir. Türkiyədə seçki bitdi. Həyəcan dolu günlər geridə qaldı. Qardaş ölkədə baş vərənlər əlbəttə Azərbaycan cəmiyyətində böyük maraq doğurur. Bu üzdən bizim cəmiyyətdə də Türkiyədəki seçki prosesinə, prosisin favoritlərinə böyük maraq göstərilməsi, bu və ya digər namizədə rəğbət qruplarının formalaşması son dərəcə təbiidir.

Ərdoğanla Azərbaycan da uddu

Türkiyədə seçki bitdi. Həyəcan dolu günlər geridə qaldı. Qardaş ölkədə baş vərənlər əlbəttə Azərbaycan cəmiyyətində böyük maraq doğurur. Bu üzdən bizim cəmiyyətdə də Türkiyədəki seçki prosesinə, prosisin favoritlərinə böyük maraq göstərilməsi, bu və ya digər namizədə rəğbət qruplarının formalaşması son dərəcə təbiidir.

Ancaq lap əvvəldən mənim mövqeyim belə idi ki, Azərbaycan vətəndaşları olaraq bizim Türkiyədəki seçkilərə emosional tərzdə yanaşmamız doğru deyil. Biz bütün sevgimizə rəğmən Türkiyədəki siyasi mübarizəyə öz milli maraqlarımız çərçivəsindən yanaşmalıyıq. Əlbəttə, Türkiyə ilə münasibətlərimiz elə dərin köklərə malikdir ki, orada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Azərbaycanla yaxşı keçinəcək, hər vəziyyətdə səsimizə səs verəcək.

Lakin bu da faktdır ki, Azərbaycanın öz mövqeyini Türkiyəyə qəbul etdirməsi zaman-zaman müşkülə də çevrilib. Bircə fakt deyək. Azərbaycan öz müstəqilliyini yenicə elan edəndə Turqut Özal kimi açıq dünyagörüşlü bir lider tərəddüd keçirir, Bakıya doğru addım atmaqdan çəkinirdi. Bu cür qeyri-müəyyən, bəzən də açıq-aşkar yanlış davranışlar ara-sıra yaşanıb. Türkiyənin keçmiş prezidenti Abdullah Gülün İrəvanda futbol matçı izləməsi, Ermənistanla sərhədləri açmaq həvəsinə düşməsi də həmin yanlışlardan idi.

Azərbaycan üçün ən uğurlu variant Türkiyədə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi idi. Əvvəla ona görə ki, Türkiyənin son 30 ildəki bütün dövlət və hökumət başçıları arasında Azərbaycana münasibətdə ən qəti və birmənalı mövqeyə sahib olan lider məhz Ərdoğandır. Əlbəttə, bu mövqenin hasil olmasında prezident İlham Əliyevlə Ərdoğan arasındakı şəxsi münasibətin, qarşılıqlı etimadın da rolu danılmazdır.

İkincisi, Ərdoğan Türkiyənin xarakterini nümayiş etdirən, supergüclərlə kəllə-kəlləyə gəlməkdən çəkinməyən bir dövlət adamıdır. Azərbaycan üçün Türkiyədə məhz belə bir liderin dövlət başçısı postunda əyləşməsi, müəyyən məqamlarda ölkəmizə təzyiq göstərmək istəyənlərə “dur, bir dəqiqə” deyə bilməsi çox vacibdir.

Üçüncüsü, bölgəmizdə proseslər sürətlənir və sürətləndikcə Azərbaycan ordusunun Ali Baş Komandandan “Vur” əmri alması an məsələsinə çevrilir. Həmin anda Türkiyədə oturuşmuş bir hakimiyyət olması bizim üçün çox əhəmiyyətlidir. Hakimiyyət dəyişikliyi sadəcə bir nəfərin əvəzlənməsi deyil, dövlətin bütün ierarxiyasının yenilənməsini tələb edən uzunmüddətli bir sürəcdir.

Nəhayət, mən şəxsən özümü AKP dünyagörüşünə yaxın saymasam da, CXP adayının, yəni, Məhərrəm İncənin apardığı kampaniya boyunca bir dəfə Qarabağdan danışmaması, Ermənistana qarşı tutacağı mövqeyi açıqlamaması diqqətdən kənarda qala bilməzdi. CXP-nin sabiq lideri və millət vəkili Dəniz Baykalın Avropa Şurasında ermənilərlə birgə Azərbaycanın əleyhinə səs verməsini də xatırlayanda, “yaxşı ki, Ərdoğan uddu” deməmək olmur.

Türkiyədə erkən seçki prosesinə start veriləndə qüvvələr haradasa bərabər idi. Ərdoğan da, Baxçalı da risk almışdı. Çünki AKP və MHP-nin qurduğu “Cümhur” ittifaqının qarşısındakı səslərin toplamı 50 faiz civarında idi. CXP-nin 20-25 faiz, HDP-nin 10 faiz üzərində dayanıqlı elektoratı var. MHP-dən qopan Meral Akşenerin yenicə qurmağa başladığı İYİ Partiyanın da barajı aşacağı gün kimi aydın idi. Ərdoğan Türkiyə cəmiyyətində ən nüfuzlu lider olmasına rəğmən “50+1” həddini asanlıqla aşmayacaqdı. Son nəticədə asanlıqla aşmadı, lakin inamla, qətiyyətlə, ustalıqla aşdı.

Zənnimcə, Ərdoğan bu seçkilərdə son dərəcə mükəmməl, necə deyərlər, dərsliklərə düşəcək bir strategiya üzrə hərəkət etdi. Məhərrəm İncənin Ərdoğanın və Ərdoğanı dəstəkləyən MHP-nin dayanıqlı elektoratına nüfuz etmək imkanları son dərəcə məhdud idi. Yeni qurulan və sağ mərkəz oriyentasiyalı İYİ Partiyanın lideri Meral Akşener isə birbaşa həmin elektoral seqmentlərə xitab edirdi. Bu təhlükəni zamanında fərq edən təcrübəli Ərdoğan Məhərrəm İncəni hədəfə almaqla onu əsas rəqibinə çevirdi və protest elektoratında İncənin həyacan yaratmasına təkan verdi. Nəticədə Akşener arxa plana keçdi və maraqlıdır ki, hətta partiyasından da az səs topladı. Bu, olduqca maraqlı məqamdır; ona görə ki, İYİ partiya birbaşa Akşener tərəfindən, onu liderə çevirmək üçün qurulan siyasi təşkilatdır. Başqa sözlə, Akşener İYİ partiyadan daha çox səs almalı olduğu halda, onun gerisində qaldı. Bu kolliziyanın meydana çıxmasına əsas səbəb isə Akşener-İncə yarışmasında ikincinin ön plana çıxmasıdır. Bəli, Ərdoğanın bu cür ağıllı və effektiv seçki texnologiyalarla apardığı, həm də özü çox da fəalııq sərgiləmədən apardığı kampaniyanı USTA İŞİ adlandırmaq olduqca yerinə düşər.

Türkiyədəki seçkilərin nəticələri belə baxanda hər kəs üçün əlverişlidir. Ərdoğan və AKP üçün sevinclidir və bu sevincin niyəsi də bəllidir. CXP və HDP üçün də nəticələr məqbuldur. Çünki partiya olaraq hər biri öz elektoral seqmentlərini qoruyub. CXP-nin namizədi 30 faizdən çox səs alıb ki, bu da partiya üçün tarixi bir başarıdır. Akşener HDP-nin namizədindən də az səs alsa da, partiyası barajı aşıb və ona görə də depressiyaya düşəcək deyil. Özünün parlamentdə olmaması bəzi problemlər üzə çıxaracaq, amma partiyasında alternativi olmadığından öhdəsindən gələcək kimi görünür. Beləliklə, 24 iyun seçkiləri Türkiyədə bütün iddiaçıların xanəsinə “uğur hekayəsi” kimi yazıla bilər. Bəs, uduzanlar kimdir? Uduzanlar məhz FETÖ-çular, xüsusən də AKP içindən Ərdoğana qarşı namizəd çıxarmaq istəyən mərkəzlərdir.

Dünən məşhur telejurnalist Fatih Altaylı da söylədi, Türkiyədəki seçkilərdə ən çox qazananı Dövlət Bahçeli oldu. Bahçeli həm partiyasını, həm də səslərini qorudu, üstəlik MHP-ni TBMM-də “açar qüvvə”yə çevirdi. AKP-nin TBBM-də 301-dən az mandatla təmsil olunması MHP-yə ehtiyacını artırır. Eyni zamanda, Bahçelinin dövlətin çıxarları naminə Ərdoğana birmənalı dəstək verməsi MHP nümayəndələrinin hakimiyyətdə təmsilçiliyinə yol açır. Bir sözlə, Türkiyədə heç bir siyasi qüvvə artıq MHP-nin qırmızı cizgilərindən kənara çıxacaq lüksə malik deyil. Bahçeli cizgisinin, DÖVLƏT çizgisinin bu şəkildə bariz üzə çıxması Azərbaycan üçün də xeyirlidir.

Taleh Şahsuvarlı
AzNews.az