İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

İtaliya Prezidenti Azərbaycana gəldi - Rəsmi səfər (Foto)

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AzNews.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.