Bəli, Helsinkidəki görüş ərəfəsində və sonra səslənən bəyanatları, mətbuat konfransındakı sualları və cavabları, siyasət və dövlət adamlarının görüşlə bağlı qiymətləndirmələrini dinlədikdən sonra artıq məsələyə yekun vurmaq, Tramp-Putin görüşünün nə ilə yadda qaldığını dəyərləndirməyə cəhd etmək olar. Bəli, Helsinkidəki görüş ərəfəsində və sonra səslənən bəyanatları, mətbuat konfransındakı sualları və cavabları, siyasət və dövlət adamlarının görüşlə bağlı qiymətləndirmələrini dinlədikdən sonra artıq məsələyə yekun vurmaq, Tramp-Putin görüşünün nə ilə yadda qaldığını dəyərləndirməyə cəhd etmək olar.

Tramp-Putin görüşündən nə yadda qaldı?

Bəli, Helsinkidəki görüş ərəfəsində və sonra səslənən bəyanatları, mətbuat konfransındakı sualları və cavabları, siyasət və dövlət adamlarının görüşlə bağlı qiymətləndirmələrini dinlədikdən sonra artıq məsələyə yekun vurmaq, Tramp-Putin görüşünün nə ilə yadda qaldığını dəyərləndirməyə cəhd etmək olar.

Amma bilirsinizmi ilk ağlımıza gələn nə oldu? Düşündük ki, indi də Amerika və Rusiya liderləri arasında görüş lap birinci soyuq müharibə vaxtlarında olduğu kimi Helsinkidə keçirilirsə və ya bu görüş yenə də digər ölkələr arasında yox, ABŞ və Rusiya (əvvəllərsə SSRİ) liderləri arasında keçirilirsə, bunun özü o demək deyilmi ki, geopolitik planda dünyada heç nə dəyişməyibdir?

Əslində elə belədir ki, var: biricnci soyuq savaşdan sonra SSRİ-nin adı qısalıb Rusiya olsa da, coğrafi sərhədləri və siyasi nüfuz sferası daralsa da bir məsələ dəyişməz qalıbdı və bunu Tramp öz bəyanatında qeyd etdi: dünyadakı nüvə arsenalının 90 faizi hələ də bu iki ölkənin payına düşür.

O ki qaldı görüşə, bizə elə gəlir ki, Putini buna cəlb edən SSRİ-dən sonra Rusiyanın da ikinci fövqəldövlət olmasının ABŞ tərəfindən etirafı, Tramp üçün isə əsas olan özünün Putinlə bağlı marağını təmin etmək idi.
Elə açıqlamalardan da bəlli oldu ki, Tramp Putini Çin və İran haqda qeybətləşməyə, Putin isə Trampı sanksiyalarla bağlı bazarlaşmağa cəlb etməyə çalışıb. Böyük hesabla da heç biri istəyinə nail ola bilməyib – ona görə ki, ən azı bir görüşdə bu qədər məsələni həll etmək mümkün deyil.

Həm də ABŞ-dan Trampa hələ ki, Rusiya ilə barışmaq siqnalı verilməyibdir. Hətta indiki görüşdə Trampın tonu, onun bəyanatlarda Rusiyanın ünvanına bircə dəfə olsun tənqid səsləndirməməsi Amerikanın bir çox siyasət və diplomatiya adamlarının qəzəbinə səbəb olubdu və güman ki, Vaşinqtona qayıdandan sonra bu adamlar Trampdan hesab sormağa cəhd edəcəklər...

Açığı, biz prosesi iki müstəvidə izləyirdik; bir İranla bağlı deyilənləri izləməyə çalışırdıq, bir də Ukrayna məsələsini diqqətdə saxlamağa cəhd edirdik.

İranla bağlı hər iki tərəf öz fikrində qaldı. O ki qaldı Ukraynaya, burada ciddi bir təbəddülat baş vermədi. Amma bu detalla bağlı bizi başqa bir məqam düşündürürdü. Fikirləşirdik ki, bəlkə Tramp Ukrayna məsələsi kontekstində keçmiş sovet məkanındakı digər münaqişələri də yada salar.

Ancaq olmadı və növbəti dəfə məyus olduq. Səbəbi də budur ki, sovet məkanındakı münaqişələrə belə selektiv yanaşma yumşaq şəkildə desək, adamı çox təəccübləndirir.

Əlbəttə ki, ukraynalı qardaşlarımızın əvəzinə biz də çox sevinirik ki, onlara qarşı belə diqqət var, dünyanın ən böyük gücü onların problemini müzakirə edir, hərçənd, burada da böyük hesabla sevinməli şey yoxdur; V.Putin Krımla bağlı işarəyə “Bu məsələ bizim üçün bağlanıbdır!” dedi.

Lakin bütün hallarda, ABŞ-ın Ukrayna məsələsinə diqqəti var, özü də bu, Trampın diqqəti deyil, ABŞ siyasət maşınının diqqətidir. Olsun. Belə diqqət Dağlıq Qarabağ probleminə də olsaydı, bundan məmnun olardıq.

Amma ki, yoxdur. Nə Amerika “siyasət maşını”, nə də Tramp hələ ki, Ukrayna ilə bağlı problemi ümumiləşdirərək komleks şəkildə keçmiş sovet məkanındakı münaqişələrin problemi kimi qoymaq istəmir...

Digər detallara gəldikdə isə bəzi əcnəbi politoloqların dediyi kimi, vaşinqtonlu təlxəyin bəyanatlarını izləməkdən və təhlil etməkdən artıq bezmişik. Ona görə ki, hələ də iki Tramp var; onlardan biri məcbur olub ABŞ siyasət və diplomatiya maşınının buyurduqlarını deyir, digəri isə öz primitiv ağlı və təsəvvürləri əsasında dünyanın yeni mənzərəsini cızmaq istəyir. Xüsusilə hiss olunan da budur ki, Çin tamamilə Trampın ağlını çaşdırıbdır.

Amma nə etmək olar? Bu da dünyanın bir reallığıdır və bununla barışmaq olmasa da, işləmək lazım gəlir. Biz təhlilçilər hətta ona diqqət yetirməyə çalışırıq ki, görəsən Tramp niyə Putinə göz vurdu? Daha düzgünü isə budur ki, tərəflər arasındakı ziddiyyətlərlə “oynayasan”. Bunlar isə elə də az deyil və həmişə olacaqdır.
Həm də ötən dəfə də yazmışdıq ki, Trampın seçilməsinə bir az ABŞ demokratiyasiın anomaliyası kimi baxmaq lazımdır. Bu adam görüşün lap ərəfəsində Rusiyanı düşmən adlandırmışdı, ancaq görüş vaxtı bunu “rəqib” sözü ilə əvəz elədi, üstəlik, əsaslandırmğa çalışdı ki, guya bu söz çox yaxşı sözdür...

Həm də amerikalılar tez-tez deyirlər ki, Tramp çoxdan tilovdadır, tilov isə Putinin əlindədir. Biz xüsusi olaraq konspirologiya həvəskarı deyilik, amma Trampın Rusiyaya münasibəti təkcə şəxsi simpatiyanın və yaxud onun siyasətçi kimi yox, biznesmen kimi düşünməsinin nəticəsi deyildir. Bu “torba”nın içində başqa da nəsə var. Amma nə?

Hüseynbala Səlimov
AzNews.az