- Köhnə - Siyasət
- 19 İyul 2018 19:11
- 4 577
Prezident Parisdə Tyerri de Montbrial ilə görüşdü
Azərbaycan prezidenti İlham Əliyevin Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub.
AzNews.az-ın məlumatına görə, Tyerri de Montbrial Heydər Əliyev ilə Fransada və Azərbaycanda, prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.