Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul ediblər və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün İşçi Qrupu yaradılıb. Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul ediblər və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün İşçi Qrupu yaradılıb.

Ukraynada Azərbaycan diaspor təşkilatları birləşdi - Foto

Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul ediblər və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün İşçi Qrupu yaradılıb.

AzNews.az-a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, diaspor təşkilatları geniş müzakirə aparıb, birləşmək qərarına yekdilliklə səs verilib və birgə fəaliyyətin mexanizmləri müzakirə edilib.

Diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb.

İşçi Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birləşmənin vacib olduğunu bildiriblər. Verilən məlumata görə, artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.