"MDB Daxili İşlər Nazirləri Şurası cinayətkarlıqla səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır". "MDB Daxili İşlər Nazirləri Şurası cinayətkarlıqla səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır".

“MDB DİN Şurası cinayətkarlıqla səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır” - Mehriban Əliyeva

"MDB Daxili İşlər Nazirləri Şurası cinayətkarlıqla səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır".

Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının iyulun 20-də Bakıda keçirilən iclasında deyib.

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platforma olduğunu deyən Birinci vitse-prezident Mehriban Əliyeva qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın zəruriliyini də vurğulayıb.

AzNews.az