Bir yəhudi şairinin maraqlı misraları var. Deyir ki, yalnız Yerlə Göy arasında qalan quşlar bir vətəndə yaşayıb digərinin həsrətini çəkməyin nə olduğunu bilərlər. Bir yəhudi şairinin maraqlı misraları var. Deyir ki, yalnız Yerlə Göy arasında qalan quşlar bir vətəndə yaşayıb digərinin həsrətini çəkməyin nə olduğunu bilərlər.

Türkiyədən nə istəyirlər?..

Bir yəhudi şairinin maraqlı misraları var. Deyir ki, yalnız Yerlə Göy arasında qalan quşlar bir vətəndə yaşayıb digərinin həsrətini çəkməyin nə olduğunu bilərlər.

Əksəriyyəti deyə bilmərəm, hər halda, azərbaycanlıların çoxunda da ikili vətən hissi var: biri Azərbaycandırsa, digəri də Türkiyədir...

Elə bu səbəbdən də Türkiyə ətrafında baş verən proseslər yalnız bir region dövlətinin və yaxud müsəlman ölkəsinin çevrəsindəki problemlər kimi maraq kəsb etmir, həm də ikinci vətəndə və Azərbaycan üçün müstəsna əhəmiyyətə malik bir dövlətdəki proseslər kimi də diqqəti cəlb edir.

Türkiyə ilə bağlı düşünüləsi və yaxud da çözüləsi məqamlar olduqca çoxdur. Amma bizim diqqətimizi cəlb edən daha çox ABŞ-la yaşanan soyuqluq və prezident R.T.Ərdoğanın həmvətənlərinə ünvanladığı müraciət – “Bizə qarşı iqtisadi müharibə elan ediblər, amma biz bundan da qalib çıxacağıq!” sözləri oldu.

Nə baş verir? Niyə görə ABŞ-la münasibətlərdə bu qədər soyuqlub yaranıbdır? Nədən prezident Ərdoğan “Bizə qarşı iqtisadi maharibə elan ediblər!” deyir?

Əslində detallar hamıya yetərincə bəllidir, amma hamının bunları çözmək və ya onlara münasibət bildirmək imkanı yoxdur və bu missiya da yenə də jurnalistlərin və siyasi təhlilçilərin boynuna düşür.

İlk baxışda anlaşılan budur ki, ölkələr arasında soyuqluğa rəvac verən F.Gülənin Türkiyəyə təhvil verilməməsi, eləcə də Türkiyənin amerikalı rahibi azad etməməsi, Ankara ilə Rusiya arasında getdikcə sıxlaşan münasibətlər və Türkiyənin bu ölkədən S - 400 komplekslərini almaqda israrlı olmasıdır.

Əlbəttə ki, bu detalların hamısa diqqətəlayiqdi. Amma bizə elə gəlir ki, problemin kökü daha dərindir. Üstəlik, bu, tək prezident Trampla bağlı da məsələ deyildir, çünki keçmiş prezident B.Obamanın R.T. Ərdoğanla bağlı dediyi “O, yaxşı müsəlman idi” sözləri hələ də yadımızdadır.

Sözsüz, bunun bir səbəbi budur ki, Ərdoğana qədər ABŞ-ın Türkiyənin işlərinə müdaxilə etmək üçün daha çox imkanları var idi – Ankara əvvəllər Vaşiqntonu daha çox eşidirdi. İndi isə hansı məsələni götürsən, arada ciddi fikir ayırlıqları var: bu, təkcə Yaxın Şərqdəki proseslərlə və ya Rusiya, İranla mövcud olan münasibətlərlə bağlı deyil, hiss olunur ki, Vaşinqtonun Ankaranı zəiflətmək istəyi var.

Düşünürük, bunun da kökü gedib ABŞ-ın Yaxın Şərqin siyasi və geosiyasi arxitekturasını tamam dəyişmək, Türkiyəyə bu vaxta qədərki rolundan ayrı bir rol ayırmaq istəyinə gedib çıxır. Özü də məsələ təkcə regionda kürd dövləti yaratmaq planları ilə də bağlı deyil, hərçənd ki, bu məsələ də keçmiş müttəfiqlər arasında xeyli ixtilaf yaradan detaldır.

Di gəl, bizə elə gəlir ki, hətta kürd dövləti belə ABŞ-ın Yaxın Şərqlə bağlı ssenarilərinin ən əsas və vacib komponenti deyil. Əsas odur ki, ABŞ Yaxın Şərq regionunda İsraili əsas dövlətə çevirməyə çalışır və bu siyasət D.Trampın hakimiyyətə gəlişilə daha qabarıq və leqal forma alıb. Tramp səfirliyin Yerusəlimə köçürülməsilə bağlı qərar verəndə aydın oldu ki, Vaşinqton öz siyasətini artıq pərdələmək istəmir, hərçənd, buna qədər də artıq İsrailə ABŞ - ın əllinci ştatı deyirdilər.

Düşünəndə ABŞ-ın Yaxın Şərqdəki çabalarının mayasında bu plan dayanır və bu yoldakı maneələr bir-bir aradan götürülür. İraq, Suriya və Liviya ABŞ üçün təkcə həmin ölkələrdəki rejimlər sarıdana problem deyildi, hərçənd ki, biz də etiraf edirik ki, sadalanan ölkələrin hər birində diktaturalar hökm sürürdü. Amma Səddamı və ya Qəzzafini devirməklə, Suriyanı aşkar cəhənnəmə çevirməklə bu ölkələrdə demokratiya bərqərar oldumu?

Olmadı və əslində məqsəd də heç bu deyildi. Hədəf ABŞ–ın regiondakı planları qarşısındakı maneələri götürmək idi.

Baxın, bir-iki ay bundan öncə, “Astana üçlüyü” Suriya problemini çözməyə yaxınlaşan zaman ABŞ növbəti oyununu oynadı, B.Əsədə qarşı kimyəvi silahdan istifadə etmək iddiası irəli sürərək Suriyaya qarşı raket hücumuna başladı. “Astana üçlüyü” ölkələri də könülsüz olsa da “Buyur, problemi sən həll et” dedilər. Amma nə oldu? Böyük hesabla heç nə- tək o, baş verdi ki, Türkiyənin, Rusiyanın və İranın səyləri də demək olar ki, donduruldu. Bir daha aydın oldu ki, Vaşinqtona Suriya probleminin həll olunmaması daha çox sərf edir.

İnanın, biz Suriya rejiminin və yaxud da ki, B.Əsədin təəssübünü çəkmirik, - əlbəttə ki, bu, anti–demokratik rejimdir. Amma belə hal Dəməşq ətrafında oynalınan ssenarilərə bəraət qazandırırmı? Sözsüz ki, qazandırmır, ən azı ona görə ki, bütün bu siyasətin fonundan qeyri bir ssenarinin konturları sezilir. Bu ssenarisə bir daha deyirik ki, bölgənin siyasi arxitekturasını dəyişməkdən və İsraili bölgə içrə ən aparıcı dövlətə çevirmək istəyindən ibarətdir...

Hüseynbala Səlimov