09:01
(077) 610-22-33

Kazimirov SSRİ-ni dağıdan ermənilərin mükafatlandırılmasına təkid edir - Mübariz Əhmədoğlu

  • >
251 10 Avqust 10:56 | Siyasət

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri və uzun müddət təkbaşına Rusiyanın adından ATƏT-ə rəhbərlik etmiş V.Kazimirov son vaxtlarda xeyli aktivləşib. N.Paşinyan hakimiyyətə gələndən sonra Kazimirov Ter-Petrosyanın aktivliyini çox ustalıqla neytrallaşdırdı.

Hətta xüsusi olaraq Yerevana uçub gəldi və bununla da o Dağlıq Qarabağ probleminin həllinin tormozlanmasına özünün “töhfəsini” verdi. “Nezavizimaya qazeta”ya ödənişli yazısında yeni yanaşma mövcuddur. Amma bu onun Dağlıq Qarabağ məsələsində qərəzli ermənipərəst mövqeyində dəyişikliyin olduğu anlamında deyil. Kazimirov SSRİ-nin dağıdılmasında Qarabağ probleminin, ermənilərin rolunu təsdiq edir. Bu onun həm də aldadıcı manevridir.

Kazimirov Ermənistan və Azərbaycandakı vəziyyəti təsvir edir. Ermənistandakı vəziyyətin danışıqlar prosesində onun mövqeyini gücləndirmədiyini bildirir. Azərbaycanla bağlı müəyyən qədər təfərrüatlı məlumat verir. Guya Azərbaycanda pul var, iqtisadiyyat var, amma Azərbaycanda maliyyənin qeyri-düzgün bölünməməsi problemlər yarada bilər. Amma bəllidir ki, pulun qeyri-düzgün bölgüsünü aradan qaldırmaq çox rahatdır.

Ermənistanda pul da yoxdur, demək onun ədalətli və ya ədalətsiz bölgüsü də yoxdur. N.Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda azadlıq, demokratiya və Rusiya ilə münasibətlərə ciddi zərbə dəyib. 37-ci ilin abı-havası bərpa olunub. Kazimirov da hər halda başa düşür ki, parlament seçkilərinə qədər N.Paşinyan vəziyyəti çox çətinliklə idarə edəcək. Parlament seçkilərində Nikol Paşinyanın seçilməsi qeyri-mümkündür. Parlament seçkilərinədək erməni xalqının ayağa qalxması mümkündür.

Kazimirova görə, Dağlıq Qarabağ üçüncü tərəfdir və danışıqlar prosesində iştirak etməlidir, Dağlıq Qarabağ müstəqil olmalıdır və bunun üçün Ermənistanın bütün rəhbərlərini birlikdə qərar qəbul etməyə çağırır.

Dağlıq Qarabağ problemi Ermənistan dövlətini dağıtmaqla, erməni xalqını bu regiondan qovmaqla nəticələnir. Bu kontekstdən Dağlıq Qarabağ problemi Azərbaycanın müttəfiqinə çevrilib.

Kazimirov doğrudan da əgər erməni xalqını sevirsə, o əslində ermənilərə düzgün yol göstərməlidir. Bunu etmir. Ermənistanın Rusiyaya qarşı xəyanət kursunun müəlliflərindən biri də V.Kazimirovdur

Kazimirov eyni zamanda Rusiya dövlətçiliyinə xəyanət edir. SSRİ rus xalqının ən qüdrətli imperiyası olub. Ermənilərin onun dağılmasında iştirakını Kazimirov özü şəxsən etiraf edir və SSRİ-ni dağıdan adamları
mükafatlandırmağa təkid göstərir.

Hər halda Kazimirov bilir ki, niyə görə son günlərdə Trampın Rusiyaya qarşı təzyiqləri artıb. Tramp Rusiyaya təzyiqlərdən geri çəkilməki stəmir. Əslində Tramp və eləcə də Amerikanın analitikası çox gözəl bilir ki, Rusiyanın daxilində Kazimirov kimi Rusiyanın dövlət maraqlarını arxa plana çevirən siyasi istebleşment var.

Kazimirovlar Rusiyanın inkişafına əngəl törədən problemlərin aradan qalxmamasına çalışırlar. Çünki onların özlərinin fərdi, korporativ maraqları məhz belə vəziyyəti tələb edir.

Azərbaycan güclənir, dünya miqyasında rolu, iştirakı artıb. Dağlıq Qarabağ probleminin mövcud olduğu halda Azərbaycanın uğurlu inkişaf formulunu tapması Kazimirov kimilərə çox gözəl sübutdur. Kazimirov özünə daimi normal, firavan həyat tərzi yarada bilib-bilməyib, bu artıq bizə aid olan məsələdeyil, Rusiya dövlətçiliyinə aid olan məsələdir. Bəlkə də ona görə SSRİ-n idağıdanların RF-i də dağıdacağına stavka edir.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq

Bağla X