Rusiya ilə Ermənistan arasında “məxməri inqilab”dan sonra başlanan “söz atışması”nda nəhayət ki, yeni bir çalar sezildi: əgər erməni tərəfdən Kremlin özünün və sözçülərinin bəyanatlarına yalnız siyasi təhlilçilər və ya politoloqlar cavab verirdisə, bu dəfə baş nazir N.Paşinyan özü prosesə qoşuldu və Rusiyanın xarici işlərz naziri S.Lavrovun ona xitabən mitinqlər dövründəki bəyanatlarını xatırlatlamasına cavab olaraq bildirdi ki, Rusiya Ermənistandakı yeni situasiyaya alışmalıdır... Rusiya ilə Ermənistan arasında “məxməri inqilab”dan sonra başlanan “söz atışması”nda nəhayət ki, yeni bir çalar sezildi: əgər erməni tərəfdən Kremlin özünün və sözçülərinin bəyanatlarına yalnız siyasi təhlilçilər və ya politoloqlar cavab verirdisə, bu dəfə baş nazir N.Paşinyan özü prosesə qoşuldu və Rusiyanın xarici işlərz naziri S.Lavrovun ona xitabən mitinqlər dövründəki bəyanatlarını xatırlatlamasına cavab olaraq bildirdi ki, Rusiya Ermənistandakı yeni situasiyaya alışmalıdır...

Rusiya Ermənistandakı “yeni situasiya”ya adaptasiya olunacaqmı?

Rusiya ilə Ermənistan arasında “məxməri inqilab”dan sonra başlanan “söz atışması”nda nəhayət ki, yeni bir çalar sezildi: əgər erməni tərəfdən Kremlin özünün və sözçülərinin bəyanatlarına yalnız siyasi təhlilçilər və ya politoloqlar cavab verirdisə, bu dəfə baş nazir N.Paşinyan özü prosesə qoşuldu və Rusiyanın xarici işlərz naziri S.Lavrovun ona xitabən mitinqlər dövründəki bəyanatlarını xatırlatlamasına cavab olaraq bildirdi ki, Rusiya Ermənistandakı yeni situasiyaya alışmalıdır...

Etiraf edirik ki, bu, Ermənistanın bəlkə də son iyirmi ildə Kremlə qarşı nümayiş etdirdiyi ilk dikbaşlıq idi: açığı, nəinki bu son iyirmi ildə, hətta əvvəlki illərdə də belə bir hal xatırlamırıq, Ermənistan liderləri Kremlin qarşısında daha çox quyruq bulamaları ilə yadda qalıblar.

Üstəlik, burada başqa detal da var. Paşinyanın sözlərindən belə nəticə çıxarmaq olar ki, o, Kremlin təzyiqlərinə görə kriminal Qarabağ klanına qarşı təzyiqləri dayandırmaq fikrində deyil və bunun özü də Moskvaya qarşı ciddi jestdir.

Beləcə, qəbul etmək lazım gəlir ki, Rusiya ilə “forpost”u arasındakı münasibətlər heç də rəvan olmayacaq. Təsadüfi deyil ki, bir sıra siyasi müşahidəçilər artıq payızda Kremlin Paşinyanı devirməyə çalışacağını iddia edirlər.

Əlbəttə, biz konkret vaxt deyə bilmərik. Amma düşünmək çətindir ki, Kreml özünün ən yaxın çevrəsində, KTMT - də növbəti M.Saakaşviliyə dözmüş olsun.

Üstəlik, hələlik söz-söhbət səviyyəsində dilə gətirilən, di gəl, kifayət qədər real görünən məqamlar da prosesin qarşıdurmaya və daha çox anlaşılmazlığa doğru getdiyini deməyə əsas verir: düşünürük ki, qazın qiymətinin qaldırılması da, 100 milyonluq kreditin dondurulması da tamam real görünür.

Həm də Paşinyanın başqa yolu yoxdur: Qarabağ klanını zəiflətməyin qeyri üsulu görünmür. Eləcə də baş verən hadisələr düşünürük ki, erməni baş nazirinin gələcək siyasətinin bir növ proloqodur. Əlbəttə, N.Paşinyan Rusiyanın ən azı Qarabağ məsələsində Ermənistan üçün nə qədər ciddi faktor olduğunu anlayır.

Fəqət, nə Rusiyanın Ermənistana kreditlə satdığı “kalaşnikov”lardan, nə də Qarabağ torpağından lavaş bişirmək və ermənilərin hələki Ermənistanda qalan iki-üç milyonluq hissəsini yedirtmək mümkün bir iş kimi görünmür.

Düzdür, N.Paşinyan qurtuluş kimi Qərblə münasibətləri inkişaf etdirməyi görür. Əlbəttə ki, bu, da olmalıdır, Ermənistanı normal dövlətə çevirmək üçün Qərbə tərəf dreyf labüddür.

Di gəl, Qərbin də ən böyük krediti belə İrəvanın problemlərini həll etmək iqtidarında deyil və hayların acınacaqlı vəziyyətdən çıxmasının bircə yolu var: region dövlətlərilə, xüsusən də Azərbaycan və Türkiyə ilə münasibətləri sahmana salmaq. Bəlkə də Paşinyan bunları ürəyində anlayır və ya ona bunu ən azı L.Ter-Petrosyan pıçıldayır. İstisna deyil ki, Dağlıq Qarabağ klanını zəiflətməkdə də məqsədlərdən biri budur.

Amma irəli qaçmaq istəməzdik. Ən birincisi, Ermənistanın Rusiyaya müqavimət göstərməsi üçün resursları olduqca azdır. Kiçik Gürcüstan bu siyasəti apara bildi, fəqət, Azərbaycanın və Türkiyənin köməyilə. Elə bu səbəbdən də məsələyə hansı səmtdən yanaşırsansa-yanaş, yenə gəlib azca əvvəldə dediyimiz sözlərin üstünə çıxırsan: Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymadan Ermənistan üçün qurtuluş görünmür.

Üstəlik, Paşinyanın hakimiyyəti həm də ABŞ - İran qarşıdurmasının pik dövrünə təsadüf etdi. Əlbəttə ki, nə Ermənistanda böyük işlər görən İran şirkətləri var, nə də İranda çalışan erməni şirkətləri. Üstəlik, iki dövlətin illik ticarət dövriyyəsi vur-tut yüz milyon dollar tərtibindədir - əlbəttə ki, yaddaşımız bizi aldatmırsa...

İran üçün Ermənistan bazarı elə də maraq kəsb etmir – axı ölkənin alıcılıq qabiliyyəti olduqca aşağıdır. Amma bununla belə tərəflər nəsə etməyə çalışırdı, məsələn, Meğridə “azad itisadi zona” yaratmaq eşqinə düşmüşdülər. İndi bunların üstündən xətt çəkmək olmasa da, ən azı təxirə salmaq və yaxud bir müddət unutmaq lazım gələcəkdir. Əlbəttə ki, ABŞ-dakı erməni lobbisi hökumətdən “Ermənistanın vəziyyəti”ni nəzərə almağı “xahiş” edə bilər. Amma indi “xahiş”lər olduqca çoxdur...

Bu səbəbdən məsələ aydındır: bu payız və ya qış darıxmayacağıq. Xüsusən də nəzərə almaq lazımdır ki, Rusiya da indi möhkəm acıqlıdır, ABŞ onu da “yaddan çıxarmır”,-sanksiyalar bu ölkəni də sarsıtmaqdadır.

Bu günlərdə baş nazir D.Medvedev vəziyyəti hətta Rusiyaya qarşı iqtisadi müharibə kimi dəyərləndirdi. Müşkül bir duruma düşmüş ayının vəziyyətin təsəvvür etməksə elə də çətin deyil-o, özünün həndəvərindəki hər şeyi vurub-yıxa bilər...

Hüseynbala Səlimov