N.Paşinyanın NATO tədbirində iştirakı RF tərəfi üçün anlaşılmazdır. N.Paşinyanın NATO tədbirində iştirakı RF tərəfi üçün anlaşılmazdır.

“Rusiyanın mövqeyi məntiqlidir” - Mübariz Əhmədoğlu

N.Paşinyanın NATO tədbirində iştirakı RF tərəfi üçün anlaşılmazdır.

Ermənistan-NATO münasibətlərinə siyasi aspektini nəzərə almadan RF-in mövqeyinin məntiqli olduğunu demək olar:

ı. NATO Dağlıq Qarabağ məsələsində Ermənistana istədiyini vermir. NATO Dağlıq Qarabağ məsələsində bu sammitdə mövqeyini daha da antierməni etdi. Bu məsələ əvvəlcədən N.Paşinyana bəlli idi.

ıı. Türkiyə NATO-nun sadəcə üzvü deyil, həlledici üzv dövlətlərdən biridir. Əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmayacaqsa onun NATO ilə əlaqələrinin mahiyyəti ayrı xarakterlidir. RF siyasiləri bu ayrı xarakteri antiRusiyaçılıq kimi başa düşürlər.

N.Paşinyan NATO tədbirində iştirak etdi və çoxsaylı görüşlər keçirdi. Daha diqqət çəkəni N.Paşinyanın verdiyi izahlar oldu. Çünki məhz bu izahlar təkzib xarakterli olsa da onun NATO-ya səfərinin Rusiya (antiRusiya) mahiyyətli olduğunu göstərir. N.Paşinyan Yerevandakı mətbuat konfransında NATO sammitinə deyil, NATO-nun Əfqanıstan üzrə toplantısına getdiyini bildirdi. O,Serj Sərkisyanın da NATO sammitlərində iştirak etdiyini, hətta Aİ ilə də Ermənistanarasındakı sənədin S.Sərkisyan dövründə imzalandığını bildirdi.

N.Paşinyanın Brüsseldəki davranışı antiRusiya niyyətli olsa da effekt yaradacağı mümkün deyil. Çünki NATO rəsmilərinin və aparıcı liderlərinin N.Paşinyana inamı yoxdur.

Bu kontekstdən Azərbaycanın NATO-da iştirakının Ermənistanın NATO-ya münasibətindən tamamilə fərqli olduğunu görmək olar:

I. Azərbaycan müstəqil siyasətin nə olduğunu bilir, müstəqil siyasət aparmağı bacarır. Müstəqil siyasətini təzyiqlərdən qorumağı bacarır. Bunlar Ermənistanda yoxdur, yəqin yaxın vaxtlarda da olmayacaq.

II. Azərbaycanın NATO ilə münasibətləri ikitərəfli kontekstdədir. Azərbaycanın NATO ilə münasibətləri onun digər 2 qonşusu ilə münasibətlərinə zərrə qədər təsiri yoxdur. Xüsusilə neqativ təsiri yoxdur, ola da bilməz.

III. NATO Dağlıq Qarabağ məsələsində son dövrlərdə mövqeyini daha da Azərbaycanpərəst edib. Azərbaycan qarşılıqlı addım atmalı idi. Ona görədə Azərbaycan Gürcüstanda keçirilən NATO-nun təlimlərində iştirak etdi.

IV. Azərbaycan Dağlıq Qarabağ məsələsində NATO-dan konkret heç bir kömək gözləmir, heç bir ümid bəsləmir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində yeganə ümidi yalnız özünədir.

Ermənistan isə Dağlıq Qarabağ problemini yaradıb və onun mövcudluğundan istifadə edərək iri dövlətləri toqquşdurmaq siyasəti aparır. KTMT-nin tamhüquqlu üzvü olmaqla NATO ilə əlaqələri inkişaf etdirməkdə Ermənistanın məqsədi bu iki blokun qarşıdurmasından konkret dividentlər əldə etməkdir. Naxçıvan ətrafında Ermənistanın çabalamaları bunun son nümunəsidir. Azərbaycanın gücü Ermənistanın bütün ssenarilərini puça çevirdi.

Ermənistan üçün konfliktogenlik Azərbaycanın neftiilə müqayisə olunacaq resursdur.

N.Paşinyanın Brüsseldəki davranışı RF mətbuatındageniş tənqid edildi.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq