“Mən belə bir Milli Şuranın üzvü ola bilmərəm” “Mən belə bir Milli Şuranın üzvü ola bilmərəm”

Rəsul Quliyev “Şura hökuməti“ni tanımadı

“Mən belə bir Milli Şuranın üzvü ola bilmərəm”



Kino xadimi Rüstəm İbrahimbəyovun hazırladığı iddia olunan Milli Şura üzvlüyünə namizədlərin siyahısında adı keçən ACP lideri, eks-spiker Rəsul Quliyev "Yeni Müsavat"a verdiyi açıqlamasında bu sənəd haqda məlumatsız olduğunu deyib.

Eks-spiker bildirib ki, həmin siyahının kimlər tərəfindən və hansı prinsiplə yazıldığından xəbəri yoxdur: "Fikrimcə, siyahı xalq arasında real çəkisi olan insanları və təşkilatları nəzərə almadan yazılıb. Mən Rəsul Quliyev olaraq belə bir Milli Şuranın üzvü ola bilmərəm. O siyahını tutanlara uğurlar arzulayıram".

AzNews.az