"Ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi hadisədir". "Ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi hadisədir".

"Xəzər sabitlik və əməkdaşlıq dənizinə çevrilir" - Vüqar Rəhimzadə

"Ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi hadisədir".

AzNews.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib

Xəzərin sabitlik və əməkdaşlıq dənizinə çevrildiyini bildirən V.Rəhimzadə qeyd edib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında çıxışı zamanı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər regionda gələcəkdəki uğurlu əməkdaşlıqlardan, sülh və sabitliyin daha da möhkəmləndirilməsindən xəbər verir.

O deyib: “Regionda sülh və mehriban qonşuluq siyasəti həyata keçirən Azərbaycan xarici siyasət kursunda daim bu prinsipləri əsas götürüb. Elə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrə nəzər salsaq görərik ki, bütün bunlar sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı münasibətlərin qurulmasına və daha da genişləndirilməsinə xidmət edir.

“Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”, - söyləyən möhtərəm Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

Qeyd etdiyimiz kimi, ümumilikdə Azərbaycan regional sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir”.