Almaniya kansleri Angela Merkel Bakıya gələcək. Almaniya kansleri Angela Merkel Bakıya gələcək.

Merkel Bakıya niyə gəlir? - Asim Mollazadənin rəyi

Almaniya kansleri Angela Merkel Bakıya gələcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin bildirdiyinə görə avqustun 25-də Almaniya kansleri Azərbaycana gələcək.

Mövzu ilə bağlı AzNews.az saytına danışan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, səfər iki tərəfli münasibətlərin inkişafına yönəlib:

“Azərbaycan-Almaniya münasibətləri tərəfdaşlıq əsasında qurulub və Almaniyanın federal kanslerinin Azərbaycana səfəri iki tərəfli münasibətlərin inkişafına yönəlib. Mən əminəm ki, bu münasibətlərin Azərbaycan ilə AB əlaqələrinə də müsbət təsiri olacaq. Çox mühüm səfərdir. Fikrimcə, bu səfərin əsas məqsədi bizim bölgəmizlə AB-nin, Almaniyanın bilavasitə iqtisadi siyasi və mədəni əlaqələrinin gücləndirmək məqsədi daşıyır.”

A.Mollazadə görüşdə Dağlıq Qarabağ probleminə yer veriləcəyini də qeyd edib:

“Zənnimcə, əməkdaşlıq məsələləri ilə yanaşı eyni zamanda bölgəmizin inkişafına maneəçilik törədən və stabilliyi pozan ən böyük təhlükə olan Ermənistanın Azərbaycana təcavüzünü müzakirə edəcəklər. Onlar həmçinin Azərbaycanın sülh istiqamətində danışıqlarına da dəstək verirlər. “

Pərvanə AĞAZADƏ
AzNews.az

image description