Millət vəkili Q.Paşayeva İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə Qarabağdan danışıb. Millət vəkili Q.Paşayeva İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə Qarabağdan danışıb.

Q.Paşayeva Turan Qurultayında Qarabağdan danışdı - Fotolar

Millət vəkili Q.Paşayeva İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə Qarabağdan danışıb.

AzNews.az xəbər verir ki, Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində millət vəkili Q.Paşayeva İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə, tanınmış sənət adamları ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb.

Onlara Azərbaycandan danışan millət vəkili Q.Paşayeva Türk dünyanıın güclənməsində aydınlarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb, onlara uğurlar diləyib və ölkəmizə dəvət edib.

Millət vəkili Qənirə Paşayeva bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Millət vəkili Qənirə Paşayeva görüşlər zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışıb, geniş məlumatlar verib və Qarabağ həqiqətlərinn yayılmasında onları daha fəal olmağa çağırıb. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva da iştirak ediblər.

image description image description image description image description image description image description image description