Yayın bu axır günləri çox güman ki, daha çox A.Merkelin Cənubi Qafqaza səfərilə yadda qalacaq; etiraf etmək lazımdır ki, Almaniyanın kansleri sıradan olan bir siyasətçi deyildir. Yayın bu axır günləri çox güman ki, daha çox A.Merkelin Cənubi Qafqaza səfərilə yadda qalacaq; etiraf etmək lazımdır ki, Almaniyanın kansleri sıradan olan bir siyasətçi deyildir.

Merkellə danışıqlarda nələrə diqqət etməliyik?

Yayın bu axır günləri çox güman ki, daha çox A.Merkelin Cənubi Qafqaza səfərilə yadda qalacaq; etiraf etmək lazımdır ki, Almaniyanın kansleri sıradan olan bir siyasətçi deyildir.

Merkel çox ziddiyyətli siyasətçidir. Əvvəllər bu mövzuya toxunduğumuzdan indi bir daha bunun təfərrüatlarına varmayacağıq və bu xüsusda yalnız bəzi detalları qeyd edəcəyik.

A.Merkel Gürcüstanın NATO-ya üzvlüyünü əngəlləyən ən əsas siyasi fiqur hesab edilir və onun amerikalı həmkarları bu məsələdə V.Putinlə gizli sövdələşmənin əlamətlərini görürlər.

Heç təsadüfi deyil ki, NATO-nun iyul sammitində D.Trampın sərt tənqidinə tuş gələn ölkə Almaniya oldu, belə ki, ABŞ prezidenti bu ölkənin “Rusiyanın nəzarətində” olduğunu dedi və belə bir fikir səsləndirdi ki, Vaşinqton Avropa ölkələrinin, o cümlədən Almaniyanın təhlükəsizliyini təmin etmək üçün hər il milyardlar xərcləyir, amma onlar həmin pulları Rusiyaya yönəldirlər.

Elə özümüzün də A.Merkelin necə bir ziddiyyətli siyasətçi olmasına əmin olmaq üçün imkanımız olub. Bir neçə il bundan əvvəl Azərbaycan prezidenti Almaniyaya səfər etmişdi. Səfər çox normal, uğurla keçmişdi. Hətta o vaxt Merkel Rusiyanın Qarbağ münaqişəsindəki neqativ roluna da işarə etmişdi. Amma az sonra Almaniya bundestaqı güya Azərbaycanda dini azadlıqların pozulması ilə bağlı “sənəd” qəbul etdi!..

Həqiqətən də çox anlaşılmaz məqam idi bu, çünki Azərbaycanda pozulmayan bir azadlıq, ən çox təmin edilən bir hüquq varsa, o, da elə etiqad azadlığıdır.

Elə bu səbəbdən bir daha deyirik ki, A.Merkel ziddiyyətli siyasət adamıdır. Amma bizim üçün əsas odur ki, hazırda Merkellə Tramp, ABŞ-la Almaniya arasında da ziddiyyət yaşanır. ABŞ bizi də İranla olan ticari-iqtisadi əlaqələrimizə görə təhdid edə bilər.

Biz də özümüzü bundan hifz etmək üçün ABŞ -Avropa ziddiyyətlərindən faydalana bilərik. Ona görə ki, Avropa ölkələri, eləcə də Almaniya hələki Vaşinqtonun İranla bağlı təlimatlarına tabe olmaq istəmirlər.

Yeri gəlmişkən, hazırda tək Türkiyə ABŞ-la soyuqluq yaşamır. İran, Rusiya və Çin kimi ölkələr bir yana, D.Tramp Avropanı da yaddan çıxarmır və media indi Türkiyəylə ABŞ arasındakı savaşdan necə bəhs edirdisə, azacıq müddət bundan əvvəl Avropa ilə ABŞ arasındakı ticarət savaşından danışırdı.

Təəssüf, Türkiyə siyasətçiləri bu məqamdan demək olar ki, heç yararlanmırlar. İran bu səmtdə ciddi iş aparır, Avropa ölkələrilə özünün təmaslarını sıxlaşdırır. Türkiyə isə əsas gücünü Rusiya ilə əlaqələrə veribdir.
A.Merkelin proqramına nələrin daxil olduğunu indidədən demək çətindir. Amma çox güman ki, Dağlıq Qarabağ məsələsi də diqqətdən kənardan qalmayacaq. Qərb ölkələri belə hesab edir ki, Cənubi Qafqaz içrə indi yeni situasiya yaranıbdır.

Amma bizim kimi onlar da yeniliyi reallıqda görmək istəyirlər və elə NATO - nun həmin iyul sammitində N.Paşinyana işarə etdilər ki, yalnız inqilaba görə hədiyyə olmayacaq və Qərb ölkələri Ermənistandan konkret islahatlar gözləyirlər, hətta ABŞ-ın Ermənistandakı səfiri bir-iki ay bundan əvvəl bu islahatların ən əsas və təxirəsalınmaz istiqamətlərini sadalamışdı.

N.Paşinyan hələlik bununla bağlı hansısa ciddi işarə vermir, əksinə getdikcə belə fikirlər çoxalır ki, erməni baş nazirinə “M.Saakaşvili olmaq” nəsib olmayacaq, Kreml özünün Ermənistandakı “kolon”unu ya ciddi şəkildə hərəkətə gətirəcək, ya da ondan Paşinyana qarşı bir təzyiq vasitəsi kimi istifadə edəcək.

Bəli, R.Koçaryanı həbsdə saxlamaq mümkün olmadı. Ermənistan prokurorluğu bunu məhkəmələrin kobud qərarı kimi yozsalar da, daha çox ehtimal olunanı budur ki, N.Paşinyan Rusiyanın təzyiqindən ehtiyat etdi və geri çəkilməli oldu.

Əgər Qarabağ məsələsində də belə olacaqsa, Paşinyan da Kremlin təlimatları ilə oturub-duracaqsa, heç nə alınmayacaq. Belə bir hala hazır olmaq üçün biz də özümüzün Qarabağ siyasətimizdə güc amilini daha da qabartmalıyıq. Əgər Paşinyan Qarabağ siyasətinə korrektələr etmək və Kremlin cazibəsindən kənarlaşmaq fikrinə düşsə, onda ona şans vermək olar.

Əlbəttə ki, burada Qərb siyasətçilərindən də çox şey asılıdır. O cümlədən də xanış Merkeldən. Elə avqustun son günlərində baş tutacaq Cənubi Qafqaz turnesindən də daha çox bunu gözləyirik. Amma Merkel bu müstəvidə nəyisə dəyişməyə çalışacaq, yoxsa Putinlə məsləhətləşərək bura gələcək? Bilmirik. Ona görə ki, indi dünya siyasəti o qədər personifikasiya olunub, o qədər subyektivləşib ki, konkret nəsə demək mümkün deyil. Fəqət, biz işimizi görməliyik və ən azı ABŞ - la Avropa arasındakı ziddiyyətlərdən faydalanmağa çalışmalıyıq...

Hüseynbala Səlimov