Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması bir həqiqəti də ortaya çıxardı. Sən demə, qan qardaşımız Türkmənistanla aramızda xeyli ziddiyyətlər varmış. Əlbəttə, bu ziddiyyətlərin ortaya çıxmasının səbəbkarı Azərbaycan deyil. Ancaq bizim istəyimizlə yaranmamış və həllini gözləyən problemləri həll etmək üçün qarşılıqlı əməkdaşlığın daha da güclənməsi lazımdır. Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması bir həqiqəti də ortaya çıxardı. Sən demə, qan qardaşımız Türkmənistanla aramızda xeyli ziddiyyətlər varmış. Əlbəttə, bu ziddiyyətlərin ortaya çıxmasının səbəbkarı Azərbaycan deyil. Ancaq bizim istəyimizlə yaranmamış və həllini gözləyən problemləri həll etmək üçün qarşılıqlı əməkdaşlığın daha da güclənməsi lazımdır.

Azərbaycan-Türkmənistan işbirliyi: Berdiməhəmmədovdan gözləntilər böyükdür - Ekspert rəyi

Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması bir həqiqəti də ortaya çıxardı. Sən demə, qan qardaşımız Türkmənistanla aramızda xeyli ziddiyyətlər varmış. Əlbəttə, bu ziddiyyətlərin ortaya çıxmasının səbəbkarı Azərbaycan deyil. Ancaq bizim istəyimizlə yaranmamış və həllini gözləyən problemləri həll etmək üçün qarşılıqlı əməkdaşlığın daha da güclənməsi lazımdır.

AzNews.az-ın bu barədə suallarını siyasi icmalçı Azər Həsrət cavablandırır:

- Azər bəy, həm Azərbaycan, həm də Türkmənistan, türk, oğuz dövlətidir. Ancaq sən demə aradan soyuq sular axıbmış. Belə çıxır ki, türkçülük ancaq quruda edilir?

- Bilirsiniz ki, Xəzərin mərkəzi hissəsində yerləşən yataqlarla bağlı mübahisəli məsələlər vardı və Azərbaycan oranın özünə aid olduğunu iddia edir, hətta orada işlər də aparırdı. Amma Saparmurat Türkmənbaşının dönəmində Türkmənistan tərəfi də ora iddialar səsləndirirdi. Onlar bu məsələdə bir qədər radikal mövqedən çıxış edirdilər və bu mübahisə iki ölkə arasında münasibətlərin geriləməsinə səbəb olmuşdu. Sonrakı mərhələdə problem artıq demək olar ki, həllini tapdı. Xəzərlə bağlı ortaq mövqeyə gəlmək isə sadəcə bu iki dövlətdən asılı deyildi. Bilirsiniz ki, bu yaxınlarda Xəzərlə bağlı konvensiya imzalandı. Təbiidir ki, bu konvensiyanın imzalanması sadəcə Azərbaycanla Türkmənistana bağlı məsələ deyil. Burada digər xəzəryanı dövlətlər olan Rusiya, Qazaxıstan və İranın da mövqeləri öyrənilməli və nəzərə alınmalı idi. Bu isə sevindirici haldır ki, beş dövlət ortaq mövqeyə gələ bildi və konvensiya imzalandı. Konvensiyanın imzalanması isə artıq o deməkdir ki, xəzəryanı ölkələr arasında Xəzər dənizi ilə bağlı hər hansı anlaşılmazlıq və qaranlıq məsələ qalmadı və mübahisəli məsələlər ortaya çıxacağı təqdirdə konvensiyaya əsaslanılacaq və o konvensiya çərçivəsində həmin mübahisələr aradan qaldırılacaq. Ümumilikdə isə Xəzər dənizi 5 dövlət üçün dostluq, qardaşlıq, işbirliyi dənizi kimi rəsmi status almış oldu. Bunun nəticəsində də Türkmənistanla Azərbaycan arasındakı mübahisəli məsələlərdə öz həllinə qovuşmuş oldu.

- Hal-hazırda Türkmənistan-Azərbaycan münasibətləri həm iqtisadi, həm də siyasi cəhətdən nə vəziyyətdədir?

- Hal-hazırda təəssüflər olsun ki, Türkmənistan digər türk dövlətlərindən fərqli olaraq bir qədər qapalı dövlətdir və öz neytrallığını qoruyur. Biz Türkmənistanın bu siyasətinə hörmətlə yanaşırıq. Ümumilikdə isə bu dövlət o qədər qapalıdır ki, onun daxilindən informasiya almaq belə çox çətindir. Buna baxmayaraq biz çalışırıq ki, Türkmənistandan olub xaricdə yaşayan ana vətənlə bu və ya digər şəkildə əlaqələrini davam etdirən türkmən qardaşlarımızla əlaqə saxlayaq. Böyük neft və qaz pulları gəlməsinə, ölkədə böyük quruculuq işləri aparılmasına baxmayaraq, müəyyən iqtisadi sıxıntılar yaşayırlar. Bu da bizi üzən amillərdən biridir. Digər amil isə Türkmənistanla gediş-gəliş sərbəstliyinin təmin edilməməsidir. Yəni biz azərbaycanlılar da daxil olmaqla, digər xarici ölkə vətəndaşları üçün çox çətinliklər yaradıldığından o ölkəyə rahat daxil ola bilmirik. Hətta mən özüm türk dünyasının hər tərəfini gəzmiş birisi kimi yalnız Türkmənistanda olmamışam. Bu da orada tətbiq olunan viza rejiminə görədir. Ölkələr arası münasibətlərə gəlincə, Azərbaycan və Türkmənistan arasında demək olar ki, qarşıdurma və anlaşılmazlığa səbəb olacaq heç bir məsələ yoxdur. Saparmurat Türkmənbaşının prezidentliyi dönəmində ölkələr arasında münasibətlər gərgin idi. Lakin Berdimuhammedov hakimiyyətə gələndən sonra bu anlaşılmazlıqların aradan qaldırılmasının Türkmənistana daha çox lazım olduğunu anladı və Azərbaycanın uzatdığı əli geri çevirmədi. Yəni hər iki dövlət arasında münasibətlər bərpa edildi və bu gün Azərbaycanla Türkmənistan qardaş dövlətlər olaraq çox yaxın əlaqələrə sahibdirlər. Aramızda çözümü çətin olacaq heç bir problem qalmayıb.

- Bakı-Tbilis-Qars dəmiryolu xətti Türkmənistan üçün nə dərəcədə önəmlidir?

- Azərbaycanla Qazaxıstan qədər olmasa da, Türkmənistan da neft və qaz resursları ilə zəngin bir dövlətdi və bu dövlətin öz resurslarını dünya bazarına çıxarması üçün əsas iki istiqamət var. Birinci istiqamət Şərqdir, digər istiqamət isə Qərb. Şərq istiqaməti deyildikdə isə Hindistan və Çin bazarı nəzərdə tutulur. Təbiidir ki, Qərb istiqaməti Türkiyə və Avropa birliyinə daxil olmayan yaxın ölkələr nəzərdə tutulur. Digər tərəfdən də qeyd etdiyiniz Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə salınması və perspektivdə həmin dəmir yolu xəttinin İstanbul üzərindən də Avropanın istənilən məntəqəsinə doğru uzadılması məsələsi var. Əlbətə ki, bu Türkmənistan üçün çox əlverişli imkan deməkdir. Yəni Xəzər üzərindən bərə ilə Azərbaycana keçərək dəmiryol qatarlarının Azərbaycan üzərindən Türkiyəyə oradan da Avropaya hərəkət etməsi üçün əla şərait var. Bu da Türkmənistan üçün çox böyük,unikal bir imkan deməkdir. Çünki əhali cəhətdən kiçik dövlət olduğu üçün bu dövlətin böyük gəlirlər əldə etmək baxımından Avropa bazarına çıxması da Azərbaycan üzərindən mümkün olacaq. Neft və qaz resurslarının Azərbaycan üzərindən realizə edilməsi, Avropa bazarına çıxarılması eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etməklə perspektivdə Avropaya çıxmaq Tvə ürkmənistan üçün əlavə çox böyük imkanlar deməkdir. Bu baxımdan düşünürəm ki, Azərbaycanın da xoş məramlı davranması bütövlükdə bölgə ölkələrinə, o cümlədən, Türkmənistana hər zaman dostyana, qardaşcasına yanaşması öz sözünü deməkdədir. Bu baxımdan Türkmənistan dövləti hər zaman Azərbaycan dövlətinə və prezidentinə minnətdarlığını ifadə edib. Azərbaycanla bağlı, cənab prezident İlham Əliyev də Türkmənistandan xoş sözlər eşidib.

Pərvanə AĞAZADƏ
AzNews.az