Almaniyanın kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə işgüzar səfərə gəlir. O, bu səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. Merkelin Cənubi Qafqaza gözlənilən səfərinə artıq ciddi reaksiyalar verilir. Hər kəs ilk növbdə bu səfərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə yönəlik təsirinin olub-olmayacağını düşünür. Bu barədə az sonra danışacağıq… Almaniyanın kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə işgüzar səfərə gəlir. O, bu səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. Merkelin Cənubi Qafqaza gözlənilən səfərinə artıq ciddi reaksiyalar verilir. Hər kəs ilk növbdə bu səfərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə yönəlik təsirinin olub-olmayacağını düşünür. Bu barədə az sonra danışacağıq…

Merkelin Cənubi Qafqaza səfəri nə vəd edir? - TƏHLİL

Almaniyanın kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə işgüzar səfərə gəlir. O, bu səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-də isə Azərbaycanda olacaq. Merkelin Cənubi Qafqaza gözlənilən səfərinə artıq ciddi reaksiyalar verilir. Hər kəs ilk növbdə bu səfərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə yönəlik təsirinin olub-olmayacağını düşünür. Bu barədə az sonra danışacağıq…

Əvvəlcə qeyd etmək lazımdır ki, Merkelin Cənubi Qafqaza, xüsusən də Azərbaycana səfəri heç də təsadüfi deyil. Çünki Azərbaycan-Almaniya əlaqələri bu gün özünün ən qanar dövrünü yaşayır. Yaxın tarixə nəzər salsaq, 1990-cı il oktyabrın 3-də iki hissəyə parçalanmış Almaniyanın yenidən birləşməsi kimi böyük bir siyasi hadisə Azərbaycan-Almaniya əlaqələrinin dinamik inkişafına səbəb oldu. Bu prosesin sürətlənməsində digər bir mühüm amil - Azərbaycanın yenidən müstəqillik qazanması oldu. Vaxtilə mövcud mədəni əlaqələr, dostluq və qardaşlıq münasibətləri Azərbaycanın bu dövrdə düşdüyü ən ağır çağlarına dəstək oldu. Azərbaycan Respublikasının dünya birliyində bərqərar olmağa başladığı ağır müharibə şəraitində Almaniya ona ilk kömək və həmrəylik əlini uzadanlardan biri oldu.

1992-ci il fevralın 20-də Azərbaycan və Almaniya arasında rəsmi diplomatik münasibətlər yaradıldı və qısa müddətdə hər iki dövlət qarşılıqlı surətdə səfirliklərin açılışını həyata keçirdi. Azərbaycan dövlət və hökumətinin müstəqil daxili və xarici siyasəti sayəsində digər ölkələrlə yanaşı, Almaniya ilə də əlaqələr yeni prinsiplər əsasında quruldu. Almaniya-Azərbaycan əlaqələrinin yeni tarixi şəraitdə inkişafının digər amili ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə yenidən Azərbaycan Respublikasında hakimiyyətə gəlişi idi. Respublikaya rəhbərliyinin ilk vaxtlarında Heydər Əliyev Avropa ilə beynəlxalq əlaqələrin inkişafında Almaniya Federativ Respublikasına həmişə üstünlük verdi. 1993-cü ildən etibarən Almaniya-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində ciddi addımlar atıldı. 1995-1996-cı illərdə imzalanmış “Azərbaycan Respublikası hökuməti və Almaniya Federativ Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında”, “İnvestisiyaların təşviqi və qorunması haqqında”, “Mədəni əməkdaşlıq haqqında”, “Hava daşımaları haqqında”, “Bakı hava limanı: təcili yardım” layihəsi üzrə növbəti maliyyə əməkdaşlığı barədə”, “Tədqiqatlar və mütəxəssislər fondunun yaradılması haqqında” və digər hökumətlərarası sazişlər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə imkan yaratdı.

1995-ci il dekabrın 22-də Almaniya Federativ Respublikası ilə bağlanan "Mədəni əməkdaşlıq haqqında Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında saziş" qarşılıqlı əməkdaşlığın imkanlarını genişləndirdi. Xüsusilə, mübadilə məsələlərinə diqqət yetirildi. Məsələn, Almaniyanın Bremen Muzeyinə məxsus olan 14 rəsm əsəri 40 ildən artıq bir dövrdə (1947-ci ildən etibarən) Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılırdı. Həmin rəsm əsərlərinin 1999-cu il noyabrın 16-da Prezident Heydər Əliyevin Sərəncamı ilə öz vətəninə - AFR-ə ödənişsiz qaytarılması iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Dövlət səviyyəsində əldə edilən bu razılaşmalar, əməkdaşlıq planları öz bəhrəsini verirdi. Belə ki, 1996-cı ilin mayında Bakıda Almaniya günləri, 2001-ci ilin yayında isə Köln şəhərində Azərbaycan günləri keçirildi. Bu proses o vaxtdan etibarən qarşılıqlı şəkildə davam etdirilir.

Bu gün Almaniya Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biridir. Azərbaycan iqtisadiyyatına kapital qoyuluşunun həcminə görə Almaniya şirkətləri qabaqcıl mövqeyə malikdir. “Wolksvagen”, “Manseman-Demaq”, “Siemens” və “Virtgen” kimi nüfuzlu şirkətlər Azərbaycandakı fəaliyyətlərində ciddi uğurlar qazanıblar. Hazırda ölkələrimiz arasında 3 milyard avroya yaxın ticarət mübadiləsi mövcuddur. Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı” Proqramında mühüm rol oynayır. Bu baxımdan, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətləri də iştirak etməkdə maraqlıdırlar.

Rəsmi Berlin beynəlxalq və regional təşkilatlarda, habelə maliyyə qurumlarında həlledici səs hüququna malikdir və onun razılığı olmadan Avropa İttifaqı, Avropa Şurası, NATO və ATƏT kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətlərində hansısa ciddi dəyişiklik edilə bilməz. Rəsmi Bakı Almaniya ilə əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda Almaniya Federativ Respublikasına işgüzar səfərləri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olmasını təmin edir. Rəsmi Berlin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini bəlli edir.

Nəhayət, Angela Merkelin bu səfərinin Qarabağ probleminin həllinə təsir imkanlarına gəldikdə, öncə qeyd edək ki, Almaniyanın Qarabağ danışıqlarında vasitəçi olması ideyasını Bakı həmişə dəstəkləyib. Lakin Qarabağ danışıqları Rusiya-ABŞ münasibətlərindən və bu iki ölkənin Suriya, İran, Ukrayna məsələsindəki mövqelərindən daha çox asılıdır. Bu baxımdan, Merkelin və yaxud başqa bir liderin bölgəyə səfəri münaqişənin həllinə əsaslı təsir göstərməyəcək. Lakin bilirsiniz ki, Almaniya Minsk Qrupunun üzvüdür. Amma bu problemlə Minsk Qrupundan 3 dövlət - Rusiya, ABŞ və Fransa daha çox məşğul olur. Təəssüf ki, bu dövlətlər də Ermənistana münasibətdə tamamən neytral mövqedə deyillər. Bu mənada, vasitəçi ölkələrin sayının artırılması məqbul variantlardan ola bilər.

Xatırladaq ki, həmsədrlərin sayının artırılması ATƏT-in Budapeşt sammitindən başlandı. O vaxt Rusiya ikinci həmsədr oldu. Daha sonra isə həmsədrlərin sayı üçə çatdırıldı. Prinsipcə bu proses davam etdirilə bilər. Burada əsas faktor Almaniyanın iddialarından asılıdır. Reallıq da budur ki, Merkel özündən əvvəlki alman liderlərindən daha aktivdir. Ona görə də Merkel məhz bu konteksdə Dağlıq Qarabağ probleminin həll prosesinin sürətlənməsinə təsir göstərə bilər.

Digər tərəfdən, hazırda Azərbaycan üçün əsas olan Almaniyanın bu məsələdə daha çox ərazi bütövlüyü prinsipindən çıxış etməsidir. Ona görə ki, Almaniya müxtəlif münaqişələrin həllində, onlara münasibətdə daha fəaldır və mövqeyi nəzərə alınan dövlətlərdəndir. Bu anlamda da Merkelin bölgəyə səfərinin münaqişənin həllinə müəyyən mənada töhfə verəcəyi istisna edilmir.

Bu məsələdə əsas faktorlardan biri də Almaniya kanslerinin Azərbaycan Prezidenti İlham Əliyevlə olan dostluq münasibətləridir. Xatırladaq ki, 2017-ci ilin aprel ayında kansler Angela Merkel Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda ikitərəfli əlaqələrimizin qədim tarixə malik olduğunu bildirir. Angela Merkel qeyd edir ki, 200 il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşıblar. O, münasibətlərimizin canlı və hərtərəfli olduğunu Prezident İlham Əliyevin 2016-cı ilin iyun ayında Almaniyaya səfəri ilə birmənalı olaraq təsdiq etdiyini vurğulayıb: “Almaniya olaraq Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır. Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaq”, - deyə Kansler qeyd edir. Angela Merkel məktubunda əminliklə vurğulayır ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcək.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də demək olar ki, hər il Almaniyaya rəsmi və ya işgüzar səfərlər edir. Orada Almaniyanın yüksək vəzifəli məmurları, biznesmenləri ilə görüşlər keçirilir. Btün bunların nəticəsidir ki, bu gün Almaniya Avropa Birliyində Azərbaycanın ən etibarlı tərəfdaşlarından sayılır.

Elgün MƏNSİMOV
AzNews.az