Ermənistanın müdafiə naziri David Tonoyana Rusiyada münasibət birmənalı deyil, birmənalı olmamalıdır. O, Ermənistan müdafiə nazirinin müavini işləyərkən KTMT üzvü olan Ermənistanın Qərblə hərbi sahədə əlaqələrini yüksək səviyyəyə qaldırmışdı, praktiki baxımdan zənginləşdirmişdi. Hətta NATO-da olan etimadının hesabına o “statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasını qəbul etdirə bildi. Ermənistanın müdafiə naziri David Tonoyana Rusiyada münasibət birmənalı deyil, birmənalı olmamalıdır. O, Ermənistan müdafiə nazirinin müavini işləyərkən KTMT üzvü olan Ermənistanın Qərblə hərbi sahədə əlaqələrini yüksək səviyyəyə qaldırmışdı, praktiki baxımdan zənginləşdirmişdi. Hətta NATO-da olan etimadının hesabına o “statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasını qəbul etdirə bildi.

Ermənistanın müdafiə naziri blef etmirsə, deməli Ermənistanda hərbi çevrilişi razılaşdırıb - Mübariz Əhmədoğlu

Ermənistanın müdafiə naziri David Tonoyana Rusiyada münasibət birmənalı deyil, birmənalı olmamalıdır. O, Ermənistan müdafiə nazirinin müavini işləyərkən KTMT üzvü olan Ermənistanın Qərblə hərbi sahədə əlaqələrini yüksək səviyyəyə qaldırmışdı, praktiki baxımdan zənginləşdirmişdi. Hətta NATO-da olan etimadının hesabına o “statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasını qəbul etdirə bildi.

2016-cı ilin aprel döyüşləri məhz Ermənistanın müdafiə naziri D.Tonoyanın avantürası idi. Artıq 2016-cı ilin aprel döyüşlərinin nəticəsi Ermənistanda da heç kəsdə şübhə doğurmur. David Tonoyan xaraktercə avantüraya və şantajdan asılı olan şəxsdir. D.Tonoyan müdafiə naziri təyin olunduqdan uzun müddət onu S.Şoyqu qəbul etmədi. Bu Ermənistanda narahatlıq yaratdı. Rusiya ərazisində keçirilən beynəlxalq hərbi oyunlarda iştirak məqsədilə D.Tonoyan Rusiyada oldu və Şoyqu onu qəbul etdi.

Rusiya müdafiə naziri S.Şoyqu ilə ilk görüşündən dərhal sonra Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində onun avantüraya meylliliyi özünü göstərdi. Şoyqu ilə görüşdən qayıdan kimi Ermənistan ordusu Naxçıvan istiqamətində atəşkəs rejimini pozdu və bir Azərbaycan hərbçisi yaralandı. O Dağlıq Qarabağa gəldi. D.Tonoyanın qoşunların təmas xəttindəki avantürası ona görə reallaşmır ki, Azərbaycan ordusu vəziyyətə kifayət qədər ciddi nəzarət edir. Amma bu o demək deyil ki, Tonoyanın avantürası reallaşmayacaq, reallaşa bilər. Təbii ki, buna da müvafiq olaraq Azərbaycan hərbçiləri tərəfindən cavab alacaq. S.Şoyqunun D. Tonoyana birdən-birə etibar etməsi mümkün deyil. Şoyqu Rusiya kimi iri dövlətin müdafiə nazirindən qat-qat böyük statusa malikdir.

Naxçıvan istiqamətində Azərbaycan hərbçisinin yaralanması ilə reallaşdırdığı təxribat Tonoyan göstərmək istəyir ki, yenidən Rusiya Ermənistanın dostudur. S.Şoyqu D.Tonoyanın hamisidir, bu sonadək davam edəcək Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya-Ermənistan münasibətləri bütün tarixi boyu belə indiki kimi gərgin vəziyyətdə olmamışdır. Paşinyan KTMT –nin başında oturanı bilərəkdən, Qərbə xoş gəlmək məqsədilə cinayətkara çevirdi. Cəmi 1 gün dözmədi. Paşinyanın Rusiyanın Ermənistandakı iqtisadi strukturlarını dağıtması, Kremlə bağlı olan erməniləri Ermənistandan uzaqlaşdırması, Dağlıq Qarabağ məsələsində antierməniliyi gücləndirən NATO ilə əlaqələrini daha da intensivləşdirməsi Kremlin xoşuna gəlmir.

İndiki halda Ermənistanda ən arzuolunanı Paşinyan hansı qaydada hakimiyyətə gəlibsə təxminən ona bənzər qaydada hakimiyyətdən rədd olmasıdır. Bu işi Ermənistanın müdafiə naziri D.Tonoyan reallaşdıra biləcəyi təqdirdə Şoyqunun ondan xoşu gələ bilər, münasibəti müsbətə tərəf dəyişə bilər. D.Tonoyanın aktivliyi, avantüradan asılılığı bu variantı istisna etmir.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq