"Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb". "Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb".

Almaniyanın deputatına niyə viza verilmədi? - XİN-dən açıqlama

"Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb".

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetində almaniyalı parlamentariyə Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yazılan məlumatlara münasibət bildirərkən deyib.

"Azərbaycan qanunlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi mütləqdir. Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. Amma təcrübə göstərir ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə onların adlarının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması məsələsinə baxıla bilər", - o qeyd edib.

Qeyd edək ki, avqustun 20-də "Bild" qəzeti Almaniya XİN-in Azərbaycan səfirliyi ilə əlaqə qurduğunu və deputat Albert Vayler üçün viza alınması ilə bağlı məsələnin həllinə uğursuz cəhd göstərdiyini yazıb. O, Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə parlament qrupunun üzvüdür, Almaniya hökumətinin nümayəndə heyətinin üzvlərinin siyahısında yer alıb. A.Vayler 2014 və 2016-cı illərdə işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfərlər edib.

Xatırladaq ki, bu həftə Almaniya kansleri Angela Merkel Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

AzNews.az