Ötən həftənin ən çox diqqət çəkən siyasi hadisələrindən biri də heç şübhəsiz, Ermənistanın baş naziri N.Paşinyanın Moskvaya səfəri idi. Ötən həftənin ən çox diqqət çəkən siyasi hadisələrindən biri də heç şübhəsiz, Ermənistanın baş naziri N.Paşinyanın Moskvaya səfəri idi.

Belə ziddiyyətli bəyanatlarla Paşinyan cənabları hara gedəcək?

Ötən həftənin ən çox diqqət çəkən siyasi hadisələrindən biri də heç şübhəsiz, Ermənistanın baş naziri N.Paşinyanın Moskvaya səfəri idi.

Bir tərəfdən Ermənistan-Rusiya əlaqələrinin durumu, digər tərəfdən Azərbaycanın da guya KTMT-a və AİB-ə üzv olacağı haqda hələ də səngimək bilməyən və yeni “arqument”lərlə zənginləşən “mülahizə”lər, eləcə səfər zamanı Dağlıq Qarabağ problemilə bağlı səslənəcək fikirlər - bunların hamısı maraq kəsb edən detallar idi.

Təəssüf ki, artıq bir neçə gün keçsə də səfərin təfərrüatları tamam açıqlnamayıb. Amma N.Paşinyanın görüş zamanı münasibətlərdə “biri – birinin daxili işlərinə qarışmamaq” prinsipini önə çəkməsi onu deməyə əsas verir ki, Kremllə İrəvanın ikinci dialoqu heç də rəvan keçməyib, ona görə ki, Moskva forpostundan indiyədək belə bir ton və yaxud vurğu eşitməyə alışmayıb.

O səbəbdən güman edirik ki, tərəflərarası soyuqluq bir azacıq da artacaqdır. Nəzərə alanda ki, N.Paşinyan parlament seçkisini növbəti ildə keçirməyi planlaşdırır, o halda qəbul etmək lazımdır ki, Moksvanın da seçkilərə ciddi “hazırlaşmaq” imkanları var: Kreml hansı ssenarini və ya təzyiq üsulunu seçəcək, Ermənistandakı küçə demokratiyası institutlaşa biləcəkmi, Bakıya bu konteksdə hansı çağırışlar ediləcək– bu suallar hələ də cavabını gözləyir...

O ki qaldı bizə təklif olunan növbəti boyunduruğa – KTMT və AİB məsələlərinə, Paşinyanın Kremlə həm də bu məsələyə görə çağırıldığını iddia edən bizim rusofilləri bir az məyus etməli olacağıq – bu haqda hər hansı bir işarə olmadı, hərçənd, elə həmin dairələrin iddia etdiyinə görə, guya KTMT-da Azərbaycan üçün xüsusi müşahidəçi - dövlət statusu nəzərdə tutulub və Bakı əvvəlcə bu postu tutacaq, daha sonra isə Birliyin tam hüquqlu üzvü olacaq və guya N.Paşinyanı da ona görə çağırıblar ki, prosesə maneçilik etməyi düşünməsin...

Amma rəsmilərimizin bəyanatlarını ciddi şəkildə izləyirik. Bir daha deyirik ki, qeyd olunan məsələlərlə bağlı nəinki hansısa fikir, hətta işarə belə səslənmir. Yalnız ötən il xarici işlər naziri E.Məmmədyarov ölkənin AİB-ə üzvlüyü ilə bağlı suala cavab verərkən “Heç vaxt “Yox!” demə!” demişdi. Bunu isə razılıq kimi yozmaq elə də asan məsələ deyildir, çünki diplomatiyada axımlı ifadələr və əsas mətləbdən uzaqlaşmaqçün deyilən fikirlər elə də nadir hadisə deyil.

Əbəttə ki, Kremldə Qarabağ probleminə də toxunulub. Bax, burada həqiqətən də danışılası sözlər çoxdu. İlk növbədə də Paşinyanın “Qarabağ Ermənistanın tərkib hissəsidir” sözlərini qeyd etmək lazım gəlir.

Hakimiyyətinin ilk günlərində Paşinyan danışıqların Dağlıq Qarabağ – Azərbaycan formatında aparılmasının daha düzgün olduğunu demişdi və bu nömrə baş tutmayandan, Ermənistanın xarici işlər nazirinin məcbur olaraq azərbaycanlı həmkarı ilə bir neçə dəfə görüşməsindən sonra yeni bir “formul” gəldi ortaya: guya Dağlıq Qarabağ Ermənistanın hissəsidir!

Biz əvvəlki yazılarda N.Paşinyanı böyük siyasətdən elə də baş çıxarmayan küçə adamı adlandırmışdıq. İndi də bu fikirdə qalırıq: bu adam özünün bir həftə bundan əvvəl dediyi sözləri xatırlamır. Ona görə də onun sözlərinə əhəmiyyət vermək də lazım deyil. Əslində Qarabağın Ermənistanın hissəsi olmasını deməsi o deməkdir ki, Azərbyacan, bu adamla konstruktiv bir dialoq qura biləcəyinə ümid etmə, yaxşısı budur, hərbə hazırlaş. Hətta belə deyim də var ki, sülhün də ən böyük təminatı qarşı tərəfi müharibə olacağı tədqirdə qalib olacağına inandırmaqdır...

Əlbəttə, deyə bilərlər ki, N.Paşinyanın hələ danışmaq və ya bəyanat vermək üçün tam legitim mandatı yoxdur və onun bəyanatlarının barometri kimi küçə atmosferi çıxış edir. Ola bilər. Amma siyasətçinin məsuliyyəti deyilən anlayış da olur; küçə atmosferini həm də tribunadan səslən fikirlər formalaşdırır, çünki küçə və meydanlardakı insanlar musiqi alətlərinə bənzər, onları nəyə kökləyiriksə, həmin “melodiya”nı da eşidirik.

İndi əsas nədir? Ayaqüstü Soçi görüşündən sonra Paşinyanın Kremldə ciddi imtahana çəkilməsi oldu. Düşünmürük ki, Paşinyanı lap hər həftə Kremlə çağıracaqlar. Yox, belə olmayacaq. Görüşdə N.Paşinyan da özü üçün nəticə çıxardı və Kreml də. İnidisə hamı öz işini qurmağa çalışacaq və xüsusən də artıq böyük ehtimalla Kreml strateqlərinə yeni Ermənistan ssenarisi üzərində işləmək tapşırılıb...

Hüseynbala Səlimov
AzNews.az