Növbəti həftədə baş tutacaq BMT Baş Assambleyasının sessiyası ərəfəsində ermənilərin təlaşlanmaq üçün kifayət qədər əsasları var. Ən birincisi də budur ki, artıq bir neçə aydır, qonşularımız Ağ Evi məktublarla – xahişnamələrlə “bombardman” etməkdədirlər ki, cənab Donald Tramp yeni Dünya düzənilə bağlı qiymətli fikirlərindən azacıq aralanıb baş nazir N.Paşinyanı qəbul etsin... Növbəti həftədə baş tutacaq BMT Baş Assambleyasının sessiyası ərəfəsində ermənilərin təlaşlanmaq üçün kifayət qədər əsasları var. Ən birincisi də budur ki, artıq bir neçə aydır, qonşularımız Ağ Evi məktublarla – xahişnamələrlə “bombardman” etməkdədirlər ki, cənab Donald Tramp yeni Dünya düzənilə bağlı qiymətli fikirlərindən azacıq aralanıb baş nazir N.Paşinyanı qəbul etsin...

Sessiya yaxınlaşır, ermənilərin təlaşı artır...

Növbəti həftədə baş tutacaq BMT Baş Assambleyasının sessiyası ərəfəsində ermənilərin təlaşlanmaq üçün kifayət qədər əsasları var. Ən birincisi də budur ki, artıq bir neçə aydır, qonşularımız Ağ Evi məktublarla – xahişnamələrlə “bombardman” etməkdədirlər ki, cənab Donald Tramp yeni Dünya düzənilə bağlı qiymətli fikirlərindən azacıq aralanıb baş nazir N.Paşinyanı qəbul etsin...

Əslində BMT sessiyaları dövründə böyük və ya ciddi qəbullar üçün imkan olmur, burada ayaqüstü, nəzakət xarakterli kontaktlar olur. Amma deyilənə görə, Paşinyan bu şərəfə də nail olmayacaq, çünki bu xüsusda səslənən arqumentlərə görə D.Tramp ondan yaman incik düşüb və “erməni məxməri inqilabı”nın liderinin əlini sıxmaq fikrində bulunmur.

Paşinyanın Trampla görüşə niyə can atması sual doğurmamalıdır – hər şeyi bir yana qoysaq belə, kiçik dövlətlərin liderləri dünya nəhənglərilə ayaqüstü kontaktları belə özləri üçün böyük şərəf sayır və bu baxımdan Nikol müəllim də istisna deyil.

Amma D.Trampla kontakt N.Paşinyan üçün təkcə diqqət və şərəf məsələsi deyil. Birincisi, erməni baş naziri doğrudan-doğruya hamıdan inqilaba görə hədiyyə umur, hərçənd, NATO-nun Brüssel sammitində bu adama başa saldılar ki, hədiyyəni C.Sorosdan gözləsin, nə ABŞ-ın, nə də ki, digər dövlətlərin səxavət kisəsini açmaq fikirləri yoxdur.

Üstəlik, Paşinyan üçün bu ölkələrin maliyyə dəstəyi təkcə ölkəsini sosial-iqtisadi girdabdan çıxarmaq istəyilə bağlı deyil. Bu adam artıq bir neçə ay hakimiyyətdə olmasına baxmayaraq regional siyasətdə hazırda hüquqi təqibə məruz qoyduğu kriminal Qarabağ siyasi klanının təmsilçilərindən fərqli bir baxış ortaya qoymayıb, o, da belə düşünür ki, Azərbaycan və Türkiyə ilə münasibətəri sahmana salmadan da ölkəsinin problemlərini həll edə biləcək. Bu, onun birinci yanlışıdır.

İkincisi budur ki, Paşinyan da ermənidir və bütün ermənilər kimi o da axmaq avantüralara meyllidir. Erməni baş naziri hesab edir ki, Türkiyə ilə ABŞ arasındakı soyuqlaşma Ermənistana müəyyən şans verir və bu dılğır ölkə (H.Matevosyan) dünyanın daha bir nəhənginin də forpostuna çevrilə bilər. Üstəlik, Qafqazda ABŞ üçün İsrail olmaq – ermənilər belə axmaq fikrə çoxdan düşüblər və təəssüf ki, Paşinyanın da xəyalından bu cür sərsəm fikirlər keçir.

Biz bunun hətta perspektivi haqda düşünmək belə istəmirik, ən azı ona görə ki, yeni rola girməkçün İrəvan boynundakı digər bir xaltanı – Kreml xaltasını açıb tullamalıdır, amma bu, elə də asan məsələ deyil. Ona görə də ermənilərin xəstə təxəyyülünə bənd olmağa dəyməz, bunlar hələ çox şeylər düşünəcəklər.

Amma bir detalı da tamam unutmaq olmaz: ermənilərin ABŞ-da güclənməsi bizim üçün də, Türkiyə üçün də bütün hallarda problemdi. Ola bilsin, bunun fəsadlarını hələ hiss etmirik, amma gələcəkdə, özü də yaxın bir gələcəkdə neqativ hallar hallar ola bilər.

Elə bu səbəbdən də Türkiyə NATO-dakı mövqeyi, Avropa ilə təmasları haqda ciddi düşünməlidir – bu mövqeləri heç halda əldən vermək olmaz: NATO-da da, Avropada da güclənmək lazımdır.

Heç sözsüz ki, eyni sözlər bizə də aiddir. Bizim də Avropa ilə siyasətimizi qənaətbəxş saymaq olmaz. Bəli, neftimiz və qazımız bizə hələki müəyyən sərbəstlik verir, amma bu, əbədi olmayacaq. Daha uzaq gələcək haqqında da düşünmək lazımdır – axı biz “strateji” və “strateji tərəfdaş” kimi söz və ifadələri sevirik...

O ki qaldı qarşıdakı sessiya ilə bağlı məqamlara, bəzi informasiyalara görə işğal olunmuş ərazilərimizdəki vəziyyət də müzakirə olunmalıdı və bu da bizim üçün daha bir şansdır–həm həqiqətlərimizi çatdrımaq baxımından, həm də Ermənistana təzyiq imkanlarını, xüsusən Qarabağ hərbi teatrında fəallığımızı artırmaq imkanlarını, necə deyərlər, bilmək sarıdan çox əlverişli məqamdır.
Tədricən ritorikamızı da dəyişməliyik. Əvvəllər biz hamıdan Ermənistanın işğalçı siyasətinə son qoymağı xahiş və tələb edirdik. İnidi isə çatdırmaq lazımdır ki, bunu özümüz də edə bilərik və edəcəyik.

Dünya birliyindən, böyük dövlətlərdən də istəyimiz budur ki, onlar məsələyə siyasi və hüquqi qiymət versinlər, TŞ-nın qəbul etdiyi, eləcə də digər sənədlərdə əks olunan müddəaların arxasından qaçmasınlar, işğalı elə işğal kimi də dəyərləndirsinlər. Diplomatik ritorikada bu dönüş bizim üçün çoxa vacibdir, çünki Dünya göz yaşlarına inanmır: biz də on illərlə yalvardıq, rica və xahiş etdik, amma nəticəsi olmadı.

İndi özümüz məsələni həll etməyə çalışmalıyıq, bunun yolunu siyasətçilər və hərbçilər bilirlər. Diplomatlarsa danışıqlar yolu ilə nəyəsə nail olmaq kimi xəyallardan ayrılıb Azərbyacanın mövqelərini əsaslandırmaq yolunu tutmalıdırlar: danışıqlar özü-özünə substantiv və ya nəticəli olmayacaq, onları substantiv edəcək addımları atmaq gərəkir.

Hüseynbala Səlimov
AzNews.az