"Bu gün beynəlxalq ittifaqlar təcəvüzkarla təcavüzə məruz qalanı səhv salır” "Bu gün beynəlxalq ittifaqlar təcəvüzkarla təcavüzə məruz qalanı səhv salır”

Avrasiya ittifaqının təxribatına sərt reaksiya" - Pislənməlidir!

"Bu gün beynəlxalq ittifaqlar təcəvüzkarla təcavüzə məruz qalanı səhv salır”

AzNews.az xəbər verir ki, bunu "Sherg.az”a Avrasiya İttifaqının sənədlərində Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi məsələsinə münasibət bildirərkən sabiq millət vəkili, tarix elmləri doktoru Həvva Məmmədova bildirib.

Onun sözlərinə görə, hər dəfə bu kimi məqamlarda Avrasiya İttifaqının yanlış addımlarını görürük:

"Artıq 30 ildir ki, Azərbaycan torpaqları işğal atındadır. Bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Ermənistan bu vəziyyətdə olsaydı, o zaman biz başqa bir addımın şahidi olardıq. Hazırda 20 faiz torpaqlarımız işğal altındadır.

Ermənilər gözümüzün qabağında tarixi abidələrmizi dağıdır, meşələrimizi yandırır, dinc əhalini atəşə tuturlar. Bundan başqa, Azərbaycan torpaqları işğal olunduqda minlərlə günahsız insanlarımız amansızcasına qətlə yetirildi. Körpə uşaqları öldürdülər.

Həyatı tam anlamayan körpələrin gözü qarşısında valideyinlərini güllələdilər. Bütün bunlar Azərbaycan xalqının başına ermənilər gətirib. Bütün bunlara rəğmən bəzi təşkilatlar Ermənistanı təcəvüzkar dövlət adlandırmadı, adlandıranlar da təcavüzkar kimi tanımadı. Avrasiya İttifaqının bu addımı pislənməlidir. Bütün qələm sahibləri həmin təşkilatı bu qərarına görə tənqid etməlidir. Minlərlə insanlarımız vətən həsrəti ilə dünyalaranı dəyişib. İllərdir, əsr alınmış soydaşlarımız ölkəmizə qayıtmayıb.

Bütün bunların qabağında beynəlxalq qurumlar heç bir addım atmır. Ölkəmizə turist kimi gələrək, yeyib, içib çıxıb gedirlər. Ortada da heç bir nəticə yoxdur. Bu məsələlər dünya ölkələri qarşısında qaldırılmalıdır".

Qeyd edək ki, Avrasiya İttifaqının sənədlərində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilir.Avrasiya İttifaqının İqtisadi Komissiyasının son 3 il ərzində dərc etdiyi sənədlərdə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib.

Sosial şəbəkələrdə yayılan fotolarda beynəlxalq təşkilata üzv ölkələrin vəziyyətini əks etdirən sənədlərdə Dağlıq Qarabağ və ətraf rayonların rəsmi Yerevanın ərazisi kimi təsvir olunduğunu görmək mümkündür. "Avrasiya İqtisadi İttifaqına üzv ölkələr haqda ümumi informasiya” adlanan sənəd 2016,2017 və 2018-ci illərdə çap edilmiş nüsxələrində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.

AzNews.az