Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyi ilə bağlı keçirilmiş parad Azərbaycan-Türkiyə qardaşlığının, əbədi birliyinin daha bir göstəricisidir. Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyi ilə bağlı keçirilmiş parad Azərbaycan-Türkiyə qardaşlığının, əbədi birliyinin daha bir göstəricisidir.

Bu parad Azərbaycan-Türkiyə əbədi birliyinin daha bir göstəricisidir - Analitik

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyi ilə bağlı keçirilmiş parad Azərbaycan-Türkiyə qardaşlığının, əbədi birliyinin daha bir göstəricisidir.

Bu fikri "Azərtac"-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

E.Aşırlı bildirib ki, belə bir möhtəşəm paradın keçirilməsi və bu paradda Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı qürurvericidir. Bu parad xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Analitik qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı bu gün dövlətlərimizin başçılarının timsalında daha da güclənib. Məhz ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Bakının işğaldan azad olunması uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb. Məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, iki ölkə arasında qardaşlıq bağları daha da möhkəmlənərək, siyasi, iqtisadi və hərbi əməkdaşlıq yüksək səviyyədə inkişaf etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün Azərbaycan və Türkiyə bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir.