Paşinyanın son zamanlar atdığı addımları analiz etdikdə belə qənaətə gəlmək olur ki, işğal olunmuş ərazilər demək olar Ermənistandakı “Qarabağ klanı”nın nüfuzu dairəsinə daxil idi və yeni baş nazir orada öz imkanlarını genişləndirmək üçün bölgəyə diqqəti artırmağa başlayıb. Paşinyanın son zamanlar atdığı addımları analiz etdikdə belə qənaətə gəlmək olur ki, işğal olunmuş ərazilər demək olar Ermənistandakı “Qarabağ klanı”nın nüfuzu dairəsinə daxil idi və yeni baş nazir orada öz imkanlarını genişləndirmək üçün bölgəyə diqqəti artırmağa başlayıb.

“Azərbaycan uyğun vaxt seçib zərbə vurmalıdır” - Politoloq

Paşinyanın son zamanlar atdığı addımları analiz etdikdə belə qənaətə gəlmək olur ki, işğal olunmuş ərazilər demək olar Ermənistandakı “Qarabağ klanı”nın nüfuzu dairəsinə daxil idi və yeni baş nazir orada öz imkanlarını genişləndirmək üçün bölgəyə diqqəti artırmağa başlayıb.

AzNews.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Politoloqun sözlərinə görə, Paşinyanın daim Azərbaycan istiqamətinə ünvanlanmış provakasiya xarakterli bəyanatları onu göstərir ki, erməni lider bizi hansısa addımlara təhrik eləmək istəyir:

“Paşinyanın məqsədi ondan ibarətdir ki, xarici bir düşmən obrazı ilə daxildə olan çəkişmələri, gərginliyi aradan götürsün. İçəridə olan bölünmə, yəni ermənilər və qarabağlılar arasında olan gərginliyi Azərbaycan tərəfinə istiqamətləndirsin. Bu yolla Ermənistan ictimaiyyətini birləşdirib hakimiyyəti daha da gücləndirmək istəyir. Paşinyanın strategiyası təxminən bundan ibarətdir.

Eyni zamanda strategiyanın üçüncü hissəsi də var və artıq Paşinyan başa düşür ki, Rusiya Ermənistana hərbi əməliyyatlarda kömək etməyəcək. Bu baxımdan indiki mərhələdə hərbi əməliyyatların bu və digər yolla bərpa olunmasına nail olmaq və Rusiyanı kənarlaşdırmaq istəyir. Eyni zamanda, onun planı Rusiyanın “Qarabağ klanı”na dəstəyinini aradan qaldırmaqdır. O, hər bir addımı ilə Azərbaycan ictimaiyyətinə təsir etmək istəyir. Çalışır ki, Azərbaycan ictimaiyyəti daha da kəskin şəkildə ouna etirazını bildirsin və hakimiyyət məcbur olub Ermənistana qarşı ciddi tədbirlərin görülməsini, vacibliyini hiss eləsin”.

T.Zülfüqarov bildirib ki, Azərbaycan tərəfi bunu başa düşərkən elə şərait yaratmalıdır ki, Ermənistanda daxili siyasi böhran daha da dərinləşsin:

“Ermənistanda böhran daha da dərinləşəndə Azərbaycan uyğun vaxt seçib işğalçılara ciddi zərbə vurmalıdır. Bunu həm Ermənistanda, həm də Azərbaycanda yaxşı başa düşürlər. Vasitəçilər də bunun fərqindərirlər”.

T.Zülfüqarov deyib ki, Ermənistan xalqı Paşinyanın verdiyi vədlərə əməl etməsini gözləyir:

“Onun verdiyi vədləri yerinə yetirməsi mümkünsüz olan şeylərdi. Ona görə də Paşinyan Azərbaycanla bağlı bəyanatlar verərək, tərəfdarlarının azalmasının qarşısını almaq istəyir”.

Eks-nazir bildirib ki, Ermənistanda hazırda müxalifətdə olan keçmiş iqtidar nümayəndələrinin nüfuzu həddindən artıq güclüdür:

“Rusiya Köçəryanı hər zaman sadiqlik nümayiş etdirən bir fiqur kimi, müxalifətin başçısı kimi öz əlində saxlayır. İndi sızan məlumatlara görə, guya Moskvada Putin Paşinyanla görüşərkən ondan Sarkisyan və Köçəryanla danışıqlar aparmağı istəyib. Bu, qarşıdurmanı daha da gücləndirəcək. Yəni cəmiyyətin bölünməsi istiqamətində artıq lazımi addımlar atılıb”.

AzNews.az