“Gözəl Dəmirov əslən Sabirabad rayonundandır. Onun qardaşı Fuad Dəmirov kondisioner zavodunun direktoru olub. Həmçinin digər yüksək vəzifələrdə işləyib”. “Gözəl Dəmirov əslən Sabirabad rayonundandır. Onun qardaşı Fuad Dəmirov kondisioner zavodunun direktoru olub. Həmçinin digər yüksək vəzifələrdə işləyib”.

“Həbsxanada olanda eşitdim ki... ”- İsgəndər Həmidov Gözəl Dəmirovdan danışdı

“Gözəl Dəmirov əslən Sabirabad rayonundandır. Onun qardaşı Fuad Dəmirov kondisioner zavodunun direktoru olub. Həmçinin digər yüksək vəzifələrdə işləyib”.

Bunu AzNews.az-a açıqlamasında sabiq Daxili İşlər Naziri İskəndər Həmidov “Ədalət” partiyasının sədri İlyas İsmayılovun oğlunu qətlə yetirən Gözəl Dəmirovdan danışarkən deyib.

Onun sözlərinə görə, Gözəl Dəmirov Daxili işlər orqanlarından ayrılıqdan sonra Türkiyə və MDB ölkələri arasında böyük bir biznes qurub:
“Mən tanıyan müddətdə Gözəl Dəmirov çox sakit, işini bilən bir polis işçisi idi. Ancaq onu 1992-ci ildən sonra görməmişəm. Gözəl Bakıdan qaçmayıb, bu yaxın illərə kimi gəlib- gedirdi. Eşitmişəm ki, Türkiyə-Belarus arasında böyük bir biznes qurubmuş. Türkiyədə isə nə baş verdiyini bilirəm, mən də mətbuatda yazılanları oxumuşam. Allah İlyas müəllimə səbr versin, onu qorusun, övlad itirib. Ağır itkidir. Pul qəliz bir şeydir, insanı nəyə desən sürükləyər. Gözəl qanunları bilən adam idi, qanunları bilən adamlar adətən qanundan qorxur. Görün nə baş veribsə o, silaha əl atıb və Etimad İsmayılovu öz ofisində güllələyib. Bildiyim qədər onun maddi baxımdan hər seyi var, heç nəyə ehtiyacı olmayan şəxsdir”.

İskəndər Həmidov onu da qeyd edib ki, Gözəl Dəmirov orqandan onun nazir olduğu illərdə ayrılmayıb: “Mən həbxsanada olanda eşitdim ki, Gözəl polisdən çıxıb”.

Qeyd edək ki, iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb. Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Mərhumu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Bahar RÜSTƏMLİ

AzNews.az