12:14
(077) 610-22-33

İsmət Abbasov digər nazirləri üstələdi – Sorğu

  • >
361 1 Aprel 2013 09:11 | Siyasət

AzNews.az nazirlərlə bağlı keçirdiyi sorğunu yekunlaşdırdı


AzNews.az ənənəvi olaraq hər ay keçirdiyi daha bir sorğuya yekun vurub. Respondentlərə "Hansı nazir vəzifəsinin öhdəsindən layiqincə gəlir?" sualının verildiyi sorğuda 6100 nəfər iştirak edib. Sorğu iştirakçılarına münasibət bildirmək üçün ölkədəki bütün nazirliklərin rəhbərlərinin adları təqdim edilib.

Martın 1-dən aprelin 1-dək davam edən sorğunun nəticələrinə əsasən, fəaliyyəti ən çox bəyənilən nazir Kənd təsərrüfatı naziri İsmət Abbasov olub - 1250 nəfər. İlk üçlükdə sonrakı yeri 911 səslə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və 615 səslə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tutub.
Güc nazirliklərindən heç biri ilk üçlüyə daxil ola bilməsə də, ilk beşlikdə 436 səslə Müdafiə naziri Səfər Əbiyev adı var. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov respondentlərdən 185 nəfərinin müsbət rəyini alaraq beşliyi tamamlayır.
Daxili işlər naziri Ramil Usubovun vəzifəsinin öhdəsindən layiqincə gəldiyini 159 nəfər düşünür. Eyni fikirləri Milli təhlükəsizlik naziri Eldar Mahmudov barədə bölüşənlərin sayı isə 155 nəfər olub. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 116 müsbət rəylə siyahıda 8-ci yerdə dayanır.

Xarici işlər naziri Elmar Məmmədyarovun fəaliyyətini bəyənənlərin sayı 76, Təhsil naziri Misir Mərdanovun fəaliyyətini bəyənənlər isə 64 nəfər olub. Nəqliyyat naziri
Ziya Məmmədov respondentlərin 58 nəfərinin müsbət rəyini alıb. Vergilər naziri Fazil Məmmədov 53, Sənaye və energetika naziri Natiq Əliyev 50 səslə sonrakı yerləri bölüşdürürlər.
Ədliyyə naziri Fikrət Məmmədov respondentlərin 44,
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 35, Gənclər və idman naziri Azad Rəhimov 34, Müdafiə sənayesi naziri Yavər Camalov 33 nəfərinin səsini qazana bilib.
Siyahıdakı son 3 yeri isə 27 səslə maliyyə naziri Samir Şərifov və hər birinə 17 səslə İqtisadi inkişaf naziri Şahin Mustafayevlə Səhiyyə naziri Oqtay Şirəliyev tutur.
Respondentlərin 1773-ü isə nazirlərin heç birinin işindən razı olmadıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, AzNews.az-ın yeni sorğusu "Gənc siyasətçilərdən hansı daha perspektivlidir?" mövzusunda olacaq və mayın 1-dək davam edəcək. .

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X