Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Bakıda Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən xüsusi iclasda iştirak edib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Bakıda Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən xüsusi iclasda iştirak edib.

Yıldırım konuşmadı, danışdı - Milli Məclisdə

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Bakıda Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən xüsusi iclasda iştirak edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TBMM sədri ilk çıxışını Azərbaycan türkcəsində edib: “Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Birlikdə ağlayar, birlikdə gülərik”.

Yıldırımın Azərbaycan türkcəsindəki danışması alqışla qarşılanıb.

B. Yıldırım belə deyib: “Azərbaycanda soyuq olsa, biz üşüyərik, Azərbaycana soyuq dəysə, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı ora daxil etmərik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə”.

Daha sonra TBMM sədri Azərbaycan-Türkiyə münasibətlərinin tarixi, Türkiyənin Azərbaycana dəstəyi və s. haqqında danışıb.

Nurlan AĞA
AzNews.az