“Prezident İlham Əliyevin bu dəyərləndirməsi təkcə ayrı-ayrı deputatlara deyil, ümumilikdə qanunverici orqanın fəaliyyətinə, ölkədə qanunların işləmə mexanizminə verdiyi böyük bir qiymət idi” “Prezident İlham Əliyevin bu dəyərləndirməsi təkcə ayrı-ayrı deputatlara deyil, ümumilikdə qanunverici orqanın fəaliyyətinə, ölkədə qanunların işləmə mexanizminə verdiyi böyük bir qiymət idi”

Milli Məclisin qəbul etdiyi bütün qərarlar gələcək inkişafa hesablanır - Jalə Əliyeva

“Prezident İlham Əliyevin bu dəyərləndirməsi təkcə ayrı-ayrı deputatlara deyil, ümumilikdə qanunverici orqanın fəaliyyətinə, ölkədə qanunların işləmə mexanizminə verdiyi böyük bir qiymət idi”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva dedi. Onun sözlərinə görə, bu gün Azərbaycan Cümhuriyyətinin, Azərbaycan Parlamentinin 100 illik yubileyi çox böyük təntənə ilə qeyd edildi. Mərasimdə 45 ölkədən 150-dən çox nümayəndə iştirak etdi:

“Əlbəttə, yüksək səviyyəli qonaqların, xüsusilə də cənab Prezident İlham Əliyevin Parlamentdə olması bizim üçün ayrıca bir şərəf oldu. İlham Əliyev nitqində Azərbaycan parlamentinin Cümhuriyyət tarixinə bir ekskursiya etdi və müasir Azərbaycan parlamentinin fəaliyyətinə çox yüksək qiymət verdi. Bu dəyərləndirmə bizim hər birimiz üçün qürurverici, iftixarverici hissdir. Cənab Prezident bu dəyərləndirməsi təkcə ayrı-ayrı deputatlara deyil, ümumilikdə qanunverici orqanın fəaliyyətinə, ölkədə qanunların işləmə mexanizminə verdiyi böyük bir qiymət idi. Bu qiymət üçün prezidentimizə minnətdarıq”.

Jalə Əliyeva vurğuladı ki, Azərbaycan parlamenti hər zaman qəbul etdiyi qanunlarda, qərarlarda dövlətin yanında olub, insanların rahat və firavan yaşamasını əsas götürüb. Məhz bu mənada müzakirəyə çıxarılan və qəbul olunan bütün qanunlar Azərbaycan insanının gələcək inkişafına hesablanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən xüsusi iclasda “Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var” - deməklə Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini vurğuladı. Burada qəbul olunan qanunların həyatımızın bütün sahələrini əhatə etdiyini və bizim qanunvericilik bazamızın ən yüksək meyarlara cavab verdiyini deyən dövlət başçısı əlavə etdi ki, parlament çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayıb və milli maraqlar məsələsində deputatlarımız bir nöqtəyə vurur, vətənpərvərlik göstərərək dövlətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edirlər.

Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də fəal iş apardığını, Azərbaycan reallıqlarını dünyaya çatdırdığını deyən Prezident İlham Əliyev vurğuladı ki, onların fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması təşkil edir və bu işdə son illərdə bir sıra uğurlara nail olunub.

Elgün MƏNSİMOV
AzNews.az