Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçirilən xüsusi iclasın böyük siyasi əhəmiyyəti var. Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçirilən xüsusi iclasın böyük siyasi əhəmiyyəti var.

"Parlamentin 100 illik yubiley iclasının böyük siyasi əhəmiyyəti var" - Deputat

Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçirilən xüsusi iclasın böyük siyasi əhəmiyyəti var.

AzNews.az xəbər veri ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev Trend-ə açıqlamasında deyib.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclasının keçirildiyini xatırladan deputat bildirib:

"Təntənəli iclasda 20-dən çox ölkənin parlament sədrlərinin və parlament sədrləri müavinlərinin rəhbərliyi ilə, ümumilikdə 150-dən çox nümayyəndə iştirak edib. Həmçinin bir-çox nüfuzlu beynəlxalq təşkilatın nümayəndələri də iclasda iştirak ediblər.

Azərbaycan Parlamenti şərəfli bir yol keçib.1918-ci il may ayının 28-də Zaqafqaziya seymində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edib. Bununla da Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın əsası qoyulub. İlk Parlamentimiz ölkənin idarə olunmasını öz üzərinə götürüb və tarixi istiqlal bəyannaməsini qəbul edib".

R.Əliyev qeyd edib ki, Parlament fəaliyyət göstərdiyi dövrdə müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıb, onlardan 230 yaxını qəbul olunub:

"1919-cu ilin sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərar qəbul edilib. Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi üçün qərar qəbul etmişdi.

AXC-nin yaranması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşımızın formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görüb, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verib".

Millət vəkili deyib ki, bu gün Azərbaycan Respublikası AXC-nin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini uğurla həyata keçirir və sürətlə inkişaf edir:

"Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunmuş, dünya birliyinə inteqrasiya yolunu uğurla keçib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə Azərbaycan çox sürətlə inkişaf edərək iqtisadi inkişaf sürətinə görə dünyada lider dövlətlərdən birinə çevrilib".

R.Əliyev qeyd edib ki, AXC-nin Azərbaycanın dövlətçilk tarixindəki rolu daim xatırlanır:

"Prezident İlham Əliyevin 2017-ci ilin 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı Sərəncam buna bariz nümunədir. 2018-ci ilin Cümhuriyyət ili elan olunması, Milli Ordunun yaranmasının 100 illiyinə, Bakının daşnak-bolşevik işğalından azad olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paradlar, Mili Məclisin 21 sentyabr 2018-ci il tarixdə keçirdiyi təntənəli xüsusi iclas bir daha deməyə əsas verir ki, Azərbaycan Respublikası AXC-nin layiqli, sədaqətli varisidir.

Bu təntənəli, xüsusi iclasın keçirilməsi, iclasda parlament sədrlərinin, parlament sədrləri müavinlərinin rəhbərliyi ilə xarici ölkələrdən çoxsaylı nümayəndə heyətlərinin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verir".