Azəbaycan ordusu heç bir köməksiz, yəni öz gücünə Ermənistanı darmadağın etməyə qadirdir. Azəbaycan ordusu heç bir köməksiz, yəni öz gücünə Ermənistanı darmadağın etməyə qadirdir.

Azərbaycan ordusu Ermənistanı darmadağın etməyə qadirdir – Mübariz Əhmədoğlu

Azəbaycan ordusu heç bir köməksiz, yəni öz gücünə Ermənistanı darmadağın etməyə qadirdir.

Bu sözləri AzNews.az-a açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu dedi.

O, sentyabrın 15-də Bakının 1918-cı ilin sentyabrında bolşevik-daşnak silahlı birləşmələrinin əlindən azad edilməsinin 100 illiyi münasibətilə Bakıda keçirilən möhtəşəm paradı şərh edərkən maraqlı məqamlara toxundu. Politoloq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Silahlı Qüvvələrinin bu paradda iştirakının böyük şərəf olduğunu dedi.

Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşləri ilə bağlı elə şeylər var ki, onlardan az danışılır:

“Əvvəla, 2016-cı il aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun təkbaşına apardığı əməliyyat idi. Hətta Rusiya çalışdı ki, Türkiyəni şərləsin ki, guya Azərbaycana dəstək olur. Gördü ki, heç də belə deyil. Özü də Aprel döyüşləri Türkiyə-Rusiya münasibətlərinin ən gərgin dövründə baş verdi. Yəni əgər həmin vaxt Türkiyənin Azərbaycana kömək etməsi ilə bağlı Rusiyanın əlində bir fakt olsaydı, Rusiya özü birbaşa hərbi müdaxilə edərdi. O zaman İran da az qala Azərbaycana ultimatum verdi ki, müharibəni dayandır. İran hərbiçiləri Araz çayı boyunca sərhəddə təxribatlar törətdilər. Günahı da Azərbaycan tərəfin boynuna qoymağa çalışdılar. O zaman İranın ərazisinə raket mərmiləri düşmüşdü. Bizim xoşbəxtliyimiz orda oldu ki, İranın həmin ərazidə olan zabiti artileriya mərmilərinin Ermənistan tərəfdən gəldiyini qeydə almışdı. Əslində, bu, İranla Ermənistan rəhbərliklərinin razılaşması idi. Amma sərhəddə olan zabitə təlimat verməmişdilər deyə, o da mərmilərin Ermənistan tərəfdən gəldiyini bəyan etdi. Plan belə olub ki, guya raketi Azərbaycan tərəf atıb. Bundan istifadə edib əks atəş açılacağı ilə hədələləmək istədilər. Bax bu cür təxribat dövründə Azərbaycan 2016-cı il Aprel döyüşünü uddu”.

“Bəs Türkiyə bizə nə üçün lazımdır? 90-cı illərdə biz çox rüsvayçı formada məğlub olmuşuq. Ordumuz çox asan döyüşləri uduzub. Çünki o zaman dövlətin başında dayananlar elə vəziyyət yaratmışdı ki, ordu çox asanlıqla müqavimətsiz uduzdu. İndi beynəlxalq aləm bizim orudunun gücünə inanmır. Amma bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Düşünürlər ki, bizim orda neftimiz, pulumuz var. Birdən müharibə başlayar, erməni gəlib kəmərləri dağıdar, ələ keçirər. Bax Türkiyə bizə buna görə lazımdır” deyə, qeyd edən politoloq əlavə etdi ki, 15 sentyabr paradını keçirməklə ölkə Prezidenti İlham Əliyev çox orijinal ideya ortalığa qoydu:

“Rəcəb Tayyib Ərdoğan şəxsən gəlib iştirak elədi, bu bizə şərəf verdi. O, Azərbaycanın Ordusu, müasir hərbi texnikaları ilə çox yaxından maraqlandı. Ərdoğan məhz bu yerdə lazımdır, beynəlxalq ictimaiyyəti inandırsın ki, İlham Əliyevin Ordusu 90-cı illərin ordusu deyil. O qədər güclü ordudur ki, həta o, öz oğlu da orada xidmətə göndərib. İlham Əliyevin oğlu Heydər Əliyev Azərbaycan bayrağını Xankəndinə sancmaq üçün hərbiyə gedib. Düzdür, Türkiyənin Azərbaycana dəstəyi hər yerdə var. Amma Ordumuz müharinbəni tək aparır, bundan sonra da tək aparacaq. Ermənistana havadarlıq edən ölkələr də onu müdafiə edə biməyəcəklər”.

Elgün MƏNSİMOV
AzNews.az