Sentyabrın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İordaniya parlamentinin nümayəndə heyəti ilə görüşdü. Sentyabrın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İordaniya parlamentinin nümayəndə heyəti ilə görüşdü.

“Azərbaycan çox əzəmətli ölkədir” - SEVZİ DAVUD

Sentyabrın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İordaniya parlamentinin nümayəndə heyəti ilə görüşdü.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Azərbaycan parlamentinin 100 illik yubiley tədbirlərində fəal iştiraklarına görə qonaqlara təşəkkürünü bildirən Ziyafət Əsgərov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Dövlət başçıları İlham Əliyevlə Kral Abdulla arasındakı dostluq münasibətlərinin hər bir sahədə əlaqələrimizə böyuk örnək olduğu vurğulandı.
Ziyafət Əsgərov Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə qonaqlara məlumat verdi və bu sahədə Azərbaycanın mövqeyini, sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü dəstəklədiyinə görə İordaniya hökumətinə minnətdarlığını dilə gətirdi.
Hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirən Ziyafət Əsgərov millət vəkillərinin qarşılıqlı səfərlərindən, beynəlxalq təşkilatlarda əməkdaşlıqdan söz açdı. Bildirildi ki, İordaniya ilə iqtisadi, ticari, turizm, təhsil və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensialı var.
İordaniya parlamenti nümayəndə heyətinin rəhbəri doktor Sevzi Davud Azərbaycan parlamentinin 100 illiyi münasibəti ilə Milli Məclisin rəhbərliyini, deputatları və xalqımızı təbrik etdi. Müstəqilliyimizi bərpa etdikdən sonra keçən qısa vaxt ərzində əldə edilən uğurların, qazanılan nailiyyətlərin dost İordaniyanı çox sevindirdiyini deyən qonaq Azərbaycanı “çox əzəmətli ölkə” adlandırdı.
Parlamentlər səviyyəsində münasibətlərimizin dərinləşməsinin əhəmiyyətini dilə gətirən Sevzi Davud Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini, problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını dedi.
Görüşdə İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəriman Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

AzNews.az