Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr edilmiş təntənəli iclasın keçirilməsi önəmli hadisədir. Təbii ki, Azərbaycanın siyasi, iqtisadi, hərbi sahələrdə həyata keçirdiyi islahatlar, əldə etdiyi uğurlar dostları sevindirir, düşməni isə narahat edir. Bu təntənəli iclas Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərin davamıdır. Belə tədbirlər Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixin göstəricisidir. Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr edilmiş təntənəli iclasın keçirilməsi önəmli hadisədir. Təbii ki, Azərbaycanın siyasi, iqtisadi, hərbi sahələrdə həyata keçirdiyi islahatlar, əldə etdiyi uğurlar dostları sevindirir, düşməni isə narahat edir. Bu təntənəli iclas Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərin davamıdır. Belə tədbirlər Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixin göstəricisidir.

Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi - Siyasi ekspert

Azərbaycan parlamentinin yaranmasının 100 illiyinə həsr edilmiş təntənəli iclasın keçirilməsi önəmli hadisədir. Təbii ki, Azərbaycanın siyasi, iqtisadi, hərbi sahələrdə həyata keçirdiyi islahatlar, əldə etdiyi uğurlar dostları sevindirir, düşməni isə narahat edir. Bu təntənəli iclas Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirlərin davamıdır. Belə tədbirlər Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixin göstəricisidir.

AzNews.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan parlamentinin yaranmasının 100 illiyi ilə bağlı AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev parlamentdəki nitqində şərəfli yolumuzun hansı çətinliklərdən keçdiyini diqqətə çatdırdı, bu gün həm daxili, həm də xarici siyasətdə qazandığımız uğurlar barədə danışdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prioritet istiqamət olduğunu vurğuladı. Prezident bir daha qeyd etdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Dövlətimizin başçısı bildirdi ki, ki, Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, - müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, - onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olub. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bir sözlə, Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi.

AzNews.az