AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə İranda hərbi paradda baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verib. AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə İranda hərbi paradda baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verib.

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə İranda hərbi paradda baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi pisləyir, onun bütün forma və təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

AzNews.az