10:30
(077) 610-22-33

“Bizimlə ofis oyunu oynamayın” - AÇIQLAMA

  • >
247 1 Aprel 2013 13:35 | Siyasət

Eldar Namazov: “Bu günlərdə biz ikinci dalğanı təşkil edəcəyik”



Bu gün "EL" Hərəkatının rəhbərliyi yerlləşdikləri ofisdən çıxarılmaları ilə bağlı mətbuat konfransı keçirib.

İlk olaraq hərəkatın sərd müavini Eldəniz Quliyev təmsil etdiyi təşkilat qərargahdan çıxması barədə məsələyə aydınlıq gətirib və bildirib ki, hərəkat elan olunduqdan sonra hansısa qanun pozuntusuna yol verməsə də onlar ofisdən çıxmağa məcbur edilib:

"Biz hərəkat elan olunandan bu günə kimi heç bir qanun pozuntusuna yol verməmişik. Bölgələrdə görüşlər keçirmişik ki, bu da iqtidarı narahat edir. Buna görə də bizə qarşı radikal addım atdılar. Əslində hakimiyyət hər zaman müxalifəti "radikal" adlandırır, amma iqtidarın özünün bu addımı hakimiyyətini özünü "radikal" adlandırmağa yol açır. Cəmiyyət və ictimaiyyət üçün ən böyük təhlükə radikal iqtidardan gəlir. Ancaq biz bunları təmkinlə qarşılayırıq. Qazandığımız itirdiyimizdən çoxdur".

Sonra "EL" Hərəkatının rəhbəri Eldar Namazov çıxış edərək bundan sonra fəaliyyət göstərəcəkləri yeni ofislərin yerinin müəyyənləşdirildiyini açıqlayıb. Hərəkatın bundan sonra üç görkəmli ofisinin olacağını açıqlayan E. Namazov qeyd edib ki, hansısa süni təzyiq onları tutduqları yoldan çəkindirə bilməz:

"Köhnə ofisimizdən fərqli olaraq, mərkəzi ofisin 250 nəfərlik iclas zalı var. Hakimiyyətə səslənirəm ki, "EL" Hərəkatı ilə ofis oyunu oynamasın. Biz on yeddi gün ərzində böyük bir canlanma və dalğa yaratdıq. Bu günlərdə biz ikinci dalğanı təşkil edəcəyik. Cənub və Aran bölgəsində "EL" Hərəkatının şöbələri yaradılacaq. Aprelin axırı və mayın əvvəlinə qədər yeni hüquq və siyasət şöbəsi prezident seçkisi ilə bağlı üç səhifəlik bir sənəd hazırlayır. "EL" hərəkatı aprel ayının ortalarında gənclərlə demokratiyaya keçidə start verəcək".

Hərəkatın sədri sonda hakimiyyəti məsuliyyətli olmağa dəcionu da əlavə edib ki, dəvət edib: "Hakimiyyəti ölkədəki proseslərə düzgün yanaşmağa çağırıram. Ölkə sosial partlayış ərəfəsindədir. Azərbaycan cəmiyyəti dəyişikliyə meyllidir. Hakimiyyət buna düzgün qiymət verməsə, cəmiyyət və tarix qarşısında məsuliyyət daşıyacaq".

Gültəkin
AzNews.az


Bağla X