ABŞ prezidenti Donald Trump sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 27-ci il dönümü ilə əlaqədar təbrik mesajı göndərdi. Həmin mesajda diqqət çəkən məqamlardan biri Trumpın NATO ilə əməkdaşlıqlarına və Suriyalı qaçqınlara ev sahibliyi etdiyinə görə Paşinyana təşəkkür etməsi idi. “Biz sizə NATO-nun əməliyyatlarında iştirak və Suriyalı qaçqınlara böyük səxavətlə ev sahibliyi etmək də daxil olan bir çox sahədəki sədaqətli tərəfdaşlığınız üçün təşəkkür edirik” – deyə, məktubda bildirilir. ABŞ prezidenti Donald Trump sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 27-ci il dönümü ilə əlaqədar təbrik mesajı göndərdi. Həmin mesajda diqqət çəkən məqamlardan biri Trumpın NATO ilə əməkdaşlıqlarına və Suriyalı qaçqınlara ev sahibliyi etdiyinə görə Paşinyana təşəkkür etməsi idi. “Biz sizə NATO-nun əməliyyatlarında iştirak və Suriyalı qaçqınlara böyük səxavətlə ev sahibliyi etmək də daxil olan bir çox sahədəki sədaqətli tərəfdaşlığınız üçün təşəkkür edirik” – deyə, məktubda bildirilir.

Trampın qeyri-səhih Ermənistan təbriki – Sələflərinə xələflik ənənəsi

ABŞ prezidenti Donald Trump sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 27-ci il dönümü ilə əlaqədar təbrik mesajı göndərdi. Həmin mesajda diqqət çəkən məqamlardan biri Trumpın NATO ilə əməkdaşlıqlarına və Suriyalı qaçqınlara ev sahibliyi etdiyinə görə Paşinyana təşəkkür etməsi idi. “Biz sizə NATO-nun əməliyyatlarında iştirak və Suriyalı qaçqınlara böyük səxavətlə ev sahibliyi etmək də daxil olan bir çox sahədəki sədaqətli tərəfdaşlığınız üçün təşəkkür edirik” – deyə, məktubda bildirilir.

Mövzu ilə bağlı AzNews.az-a açıqlamasında “Gənc Demokratlar” institutunun rəhbəri Yeganə Hacıyeva qeyd etdi ki, artıq növbəti dəfə ABŞ prezidentlərinin qeyri-səhih məlumatlar əsasında bəyanatlar verməsi adət-ənənəsi ilə rastlaşırıq:

“Ümumiyyətlə ABŞ dövlətinin xarici siyasətinin formalaşmasında iştirak edən kənar lobbi qruplarının neqativ fəaliyyəti həmişə mövcud olub. ABŞ-ın dövlətlərarası və ya beynəlxalq münasibətlər tarixində təktərəfli məlumatlar əsasında böhranlar yaratması, hətta müharibələr başlatması təcrübəsi də mövcuddur. Buna misal kimi, rəqibi İraq və Əhməd Çələbi dosyesini göstərə bilərik. Əhməd Çələbinin ABŞ kəşfiyyatına ötürdüyü, Səddam Hüseyn hökumətinin guya Kütləvi Qırğın Silahlarına malik olduğunu iddia etdiyi yalan məlumatlar əsasında İraqa bu günə qədər də davam edən hərbi müdaxiləsini xatırlatmaq kifayətdir. Bu, ABŞ-ın qeyri-səhih məlumatlar əsasında atdığı addımlardan nə ilk, nə də sonuncusu deyil və biz bu gün də bunun şahidi oluruq”.

Y.Hacıyeva məktubda bəhs edilən Ermənistan - NATO əməkdaşlığı haqqında danışarkən bildirdi ki, Ermənistanın NATO ilə yalnız “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” çərçivəsində əməkdaşlığı mövcuddur. Bu proqram Ermənistana NATO ilə təcrübə mübadiləsində, hazırlığın artırılmasında, ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır. Məhz bu proqram Ermənistana Planlaşdırma və Analiz Prosesi çərçivəsində NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlarda iştirak şəraiti tanıyır”.

Y.Hacıyeva məktubda qeyd edilən digər vacib məqam - Suriyalı qaçqınlarla bağlı danışarkən isə vurğuladı ki, bu, reallıqdan çox uzaqdır və rəsmi Yerevan artıq bir neçə ildir ki, beynəlxalq ictimayyəti guya humanitar məqsədlə 20 min suriyalı qaçqını ölkəsində yerləşdirməsi haqqında fikirlərlə aldadır:

“Məsələ ondadır ki, Ermənistan etnik erməni olan 20 min suriyalı qaçqını öz ölkəsində deyil, beynəlxalq hüquqa zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bu addımı humanitar məqsədlərlə deyil, əksinə, beynəlxalq humanitar donor təşkilatlarının imkanları hesabına ölkəsinin işğal faktının möhkəmləndirilməsi məqsədilə atır. Qeyd edim ki , Ermənistan bu addımı, yəni 20 min etnik ermənini Suriya müharibəsi zamanı qeyri-müsəlman azlıqların müdafiəsi proqramı çərçivəsində, öz ərazisində yerləşdirmək öhdəliyi adı altında həyata keçirir. Bu proqram BMT və beynəlxalq humanitar donor təşkilatları tərəfindən dəstəklənir. Bu proqram ABŞ-ın Nümayəndələr Palatasının Vəsaitlər Komitəsi tərəfindən "Dövlət, Xarici Əməliyyatlar və Əlaqəli Proqramlar üzrə ayırmalar” haqqında SFOPS layihəsi çərçivəsində maliyyələşdirilir. SFOPS layihəsi Suriyalı qeyri-müsəlman azlıqların müdafiəsi çərçivəsində qaçqınların məskunlaşmasında iştirak edən ölkələrə 47 milyard dollarlıq yardım nəzərdə tutur. SFOPS layihəsi eyni zamanda Suriyadan başqa, həmçinin, onun qonşuluğundakı dövlətlərdə yaşayan xristian azlıqlar üçün ayrılan vəsaitləri də artırmağı nəzərdə tutur. ABŞ konqresində fəaliyyət göstərən erməni milli komitəsi Ermənistanın SFOPS proqramı çərçivəsində yardımların alınması üçün bütün gücünü səfərbər edib”.

Y.Hacıyeva qeyd etdi ki, erməni milli komitəsində ümumilikdə ABŞ konqresi senat və nümayəndələr palatasında əməkdaşlıq etdiyi, qanunların qəbul olunması prosesində iştirak edən 203 nəfər fərd miqyasındadır ki, bu da ABŞ kongresində miqyasına görə 3-cü lobbi qrupudur və biz, bu fərdlərin zaman-zaman erməni lobbisindən qaynaqlanan ölkəmizə qarşı fəaliyyətlərinin şahidi oluruq.

Yeganə xanım həmçinin əlavə etdi ki, Ermənistan öz işğal faktının möhkəmləndirməsi istiqamətində beynəlxalq hüquq, BMT və ATƏT konvensiyalarının bir neçə bəndini kobud şəkildə pozur. Həmçinin, ABŞ prezidenti Donald Trampın Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığı məktubda diqqət çəkən 20 min suriyalı qaçqınla bağlı fikirləri də ABŞ prezidentlərinin qeyri-səhih məlumatlar əsasında verilən bəyanatlarla bağlı növbəti adət-ənənəsidir.

Pərvanə AĞAZADƏ
AzNews.az