BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində GUAM-Yaponiya formatında görüş keçirilib. BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində GUAM-Yaponiya formatında görüş keçirilib.

Azərbaycan XİN rəhbəri GUAM-Yaponiya görüşündə

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində GUAM-Yaponiya formatında görüş keçirilib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Yaponiyanın xarici işlər naziri Taro Kano, Azərbaycan, Moldova, Gürcüstanın XİN başçıları Elmar Məmmədyarov, Tudor Ulyanovski, David Zalkaliani, Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsa və GUAM-ın baş katibi Altay Əfəndiyev iştirak ediblər.

Tərəflər GUAM və Yaponiya arasında sülh, təhlükəsizlik və sabitliyin təmin olunması üçün əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Toplantıda Yaponiyanın GUAM-a üzv ölkələrlə siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı təşəbbüsləri müsbət qiymətləndirilib. Yaponiyanın XİN başçısı T.Kano Tokionun təşkilata üzv ölkələrlə ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə Yaponiyanın media nümayəndələrinin ilin sonunda GUAM ölkələrinə səfərinin təşkil olunması barədə qərar qəbul olunub. Tərəflər GUAM-Yaponiya formatı üzrə əməkdaşlığın və yüksək səviyyədə dialoqun davam etdirilməsinə hazırlıq və maraq ifadə ediblər.

AzNews.az