Prezident İlham Əliyev III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. Prezident İlham Əliyev III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

Azərbaycan Prezidenti III “ADEX-2018” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, dövlət başçısının müraciətini Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov oxuyub.

Müraciət məktubunda qeyd olunub ki, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan müdafiə qabiliyyətinin artırımasına və silahlı qüvvələrin maddi texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir.

Bildirilib ki, bu sərgi beynəlxalq hərbi texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm tədbirə çevrilib. Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrinin nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması, yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilib. Azərbaycan hərbi texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı güclü müdafiə sənayesi yaratmış və bu sərgi müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından ən mühüm əhəmiyyət kəsb edir.

AzNews.az