"Son günlər Ermənistan baş nazirinin verdiyi həyəcanlı bəyanatlar durumun ciddi olduğunu göstərir”. Bunu Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. "Son günlər Ermənistan baş nazirinin verdiyi həyəcanlı bəyanatlar durumun ciddi olduğunu göstərir”. Bunu Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.

"Paşinyanı Azərbaycanın hücum taktikasına keçməsi narahat edir" Politoloq Vasif Əfəndiyev

"Son günlər Ermənistan baş nazirinin verdiyi həyəcanlı bəyanatlar durumun ciddi olduğunu göstərir”. Bunu Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.

Analitikin sözlərinə görə, neçə aydır regionda baş verən hərəkətliliyi, intensivliyi və canlanmanı müşahidə etməmək mümkün deyil:

"Yaxın Şərqdə vəziyyət kəskinləşib. İsrail-ərəb münaqişəsi və Suriya danışıqları kulimnasiya nöqtəsinə çatıb. Canlanma müşahidə olunan regionlardan biri də Cənubi Qafqazdır. Bu səbəbdən Qafqaz respublikalarına böyük dövlət rəhbərlərinin ardıcıl səfərləri təşkil olunur. Almaniya kansleri Angela Merkelin ardından Rusiya prezidenti Putin də Bakıya işgüzar səfərlə gəlir.

Putinin səfəri Ərdoğan, Merkel və İsrail Müdafiə Naziri Libermanın Bakıda apardıqları danışqılara bir növ yekun vurmaqdır. Məlumdur ki, münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlar Dağlıq Qarabağ ətrafı 7 rayonun Azərbaycana qaytarılmasını Ermənistan qarşısında tələb kimi qoyublar. Son illər Azərbaycan xarici siyasətinin bütün istiqamətlərini yalnız işğal olunmuş torpaqlarımızın azad edilməsi tutur. Prioritet hesab etdiyimiz bu məsələdə addım-addım uğura yaxınlaşdığımız hiss olunmaqdadır”.

Analitik bildirib ki, Paşinyanın narahatlığının səbəbi və qarma-qarışıq bəyanatlar verməsinin səbəbi Azərbaycanın hücum taktikasına keçməsidir:

"Bu yaxınlarda İsrail nüdafiə naziri Aviqador Libermanın Bakıya 5 günlük səfəri, Rusiya və İsraildən təxminən 10 milyard diollarlıq silah alınması barədə yayılan məlumatlar Paşinyanı rahatsız etməyə bilməzdi. Paşinyan bütün bunları görür və Dağlıq Qarabağ münaqişəsinin həllinə maneçilik törətmək iqtidarında olmadığını anlayır. Ona görə də sərsəm bəyanatlar verməyə məcbur olur. Əgər Rusiya Azərbaycanla həqiqi mənada bərabər hüquqlu tərəfdaş və dost ölkə olmaq istəyirsə, Dağlıq Qarabağda sülhün yaranması üçün öz töhfəsini verəcək. Bu baş verməsə, zaman öz işini görəcək. Ümid edirəm ki, Putin öz səylərini əsirgəməyəcək”. (sherg.az)

AzNews.az