Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək. Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək.

5 yox, 7 rayon qaytarılır - Danışıqlardan sonra...

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Vladimir Putinin görüşündə müzakirə olunacaq əsas mövzuları və Azərbaycan tərəfi üçün hansı müsbət nəticələr verə biləcəyini politoloq Qabil Hüseyinli belə şərh edir:

"Putinin Azərbaycana gəlişi müsbət bir addımdır. Bundan əvvəlki görüş də olduqca səmərəli olub.

Bu görüşdə biz öndə olan siyasi məsələlərin, xüsusiylə də Qarabağ məsələsinin ciddi müzakirə olunacağını gözləyirik. Çünki görüş ərəfəsində Moskva 5 rayon məsələsini ortalığa atdı. Rusiya mətbuatı 5 rayonun qeyd-şərtsiz azad edilməsi ilə bağlı ciddi rəylər irəli sürdü. Ancaq düşünürəm ki, 7 rayon da qaytarıla bilər. O şərtlə ki, Azərbaycan Dağlıq Qarabağ statusunda razılığa gəlsin. Azərbaycan çox güzəştlər edir və bu status məsələsi ancaq Azərbaycanın ərazi bütövlü çərçivəsində həll edilə bilər.

Çünki hazırda dünyada olan hüquqi təşkilatlar da separatizmə qarşıdır və ərazi bütövlüyünün tərəfadıdır. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı da dünyada artıq geniş rəylər yaranmaqdadır.

Bu rəylər arasında işğalçı dövlətə haqq verən, Dağlıq Qarabağın öz müqəddaratını təyin etmə hüququnun norma kimi qəbu etdirməyə çalışanlar da olur.

Ancaq hesab edirəm ki, bu görüş Qarabağ haqqındakı müzakirələrin kuliminasiya nöqtəsini təşkil edə bilər. Ya düyün açılacaq, ya da gərginlik daha da artacaq.

Hər halda bu danışıqlardan sonra bəlli olacaq..." (faktor.az)