14:14
(077) 610-22-33

Bakıda məcburi köçkünlər aksiya keçirdilər- VİDEO

  • >
442 2 Aprel 2013 11:26 | Siyasət

Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşmış məcburi köçkünlər aksiya keçiriblər


Sakinlərin "Qafqazinfo"ya verdiyi xəbərə görə, 5 saylı yataqxananın sakinləri, təxminən 37 ailə yolları bağlayıb, əraziyə çoxlu sayda polis gətirilib.

Aksiyaya səbəb isə yeni tikilən qəsəbədə sakinlərə müxtəlif bəhanələrlə ev verilməməsidir.

Polislər aksiyanın qarşısını alıb. Artıq sakinlər ərazidən kənarlaşdırılıb.

Xatırladaq ki, ötən aydan Bakıdan köçkünlərin böyük köçünə start verilib. Onların bir hissəsi Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən binalarda məskunlaşdırılıb.

AzNews.az

Bağla X