“Ramiz Mehdiyevin İrana səfəri çoxdan planlaşdırılmışdı“

"Ramiz Mediyevin İrana səfəri XİN rəhbəri Elmar Məmmədyarovun səfərindən xeyli əvvəl planlaşdırılımışdı. Keçən ayın axırında bu səfər razılaşdırılşmışdı".

Bu sözləri YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Tehran səfərinin İsrailə edilən səfərin əvəzini ödəməsi kimi təhlil edilən yazıları şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün qonşuları ilə mehribandır.
"Biz çalışırq ki, bütün qonşularımızla mehriban qonşuluq siyasəti həyata keçirək. Prezident dəfələrlə qeyd edib ki, bizim ərazimizdən İrana qarşı heç vaxt istifadə olunmayacaq"- deyə S.Novruzov vurğulayıb. YAP rəsmisi qeyd edib ki, Bakının Tehrana münasibəti səmimidir.

"Biz dostluq, qardaşlıq münasibətimizi ortaya qoymuşuq. Onların ürəyində nədirsə Allah özü qəbul eləsin"-deyə deputat ironiyasını da gizlətməyib.//modern.az//

AzNews.az