“Rusiyanın təkcə Azərbaycana qarşı xüsusi düşünülmüş təzyiqi yoxdur" “Rusiyanın təkcə Azərbaycana qarşı xüsusi düşünülmüş təzyiqi yoxdur"

Mübariz Əhmədoğlu Rusiyanın məkrli planından danışdı

“Rusiyanın təkcə Azərbaycana qarşı xüsusi düşünülmüş təzyiqi yoxdur"

"Rusiyanın təkcə Azərbaycana qarşı xüsusi düşünülmüş təzyiqi yoxdur. Bu təyziq bütün postsovet ölkələrinə qarşı var".

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Rusiyanın Azərbaycanda etnik azlıqları qızışdırmaq istəməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib.

AzNews.az-a açıqlamasında politoloq həmçinin Vladimir Putinin rəhbərlik etdiyi Millətlərarası Münasibətlər Şurasında təmsil olunan, bir müddətdir Azərbaycana qarşı etnik zəmində "hücumlar edən" Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri Arif Kərimovun niyyətini bəlli olduğunu bildirib:

"Azərbaycanın çətin vaxtlarında Arif Kərimov ləzgi məsələsini qabartmaq istəyirdi. Buna nail ola bilmədi. İndi Azərbaycan güclü dövlətdir. Bizim ölkəmizin paxıllığını çəkənlər var. Arif Kərimov hər zaman Azərbaycana qarşı olub. Onun nə Dağıstanda, nə də Azərbaycanda nüfuzu yoxdur".

Nazim
AzNews.az