00:16
(077) 610-22-33

İP KŞ-nin toplantısında müzakirə olunan məsələlər

  • >
2 331 1 May 2013 16:28 | Siyasət

Mayın 1-də İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib.

Koordinasiya Şurasının dönəm sədri Əli Kərimlinin verdiyi məlumata görə, iclasda bir sıra məsələlər barədə müzakirələr aparılıb və qərarlar qəbul olunub. İlk olaraq Azərbaycan Dövlət Neft Akademiyasındakı terror aktının qurbanlarının xatirəsini yad etmək istəyən gənclərə qarşı görülmüş tədbiri Koordinasiya Şurası pisləyib. Gənclərdən üç nəfərin-Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə həbs olunmasını, gənclərin öz yaşıdlarının yasını saxladığı bir gündə hakimiyyətin Heydər Əliyevin yubileyi ilə bağlı konsert keçirməsini hakimiyyətin növbəti bir səhvi və milli ənənələrə zidd hərəkəti kimi qiymətləndirdik. Gənclərə qarşı repressiyaların dayandırılmasını tələb etdik".

Koordinasiya Şurası hakimiyyətin internetə senzura yaratmaq cəhdlərini müzakirə edib. Hakimiyyətin bu cəhdləri İctimai Palata tərəfindən hakimiyyətin internetdə söz azadlığına qarşı hərəkəti və internetə senzura tətbiqi kimi qiymətləndirilib.

Koordinasiya Şurası Biləsuvardakı qaçqın qəsəbəsində Cəbrayıl köçkünlərinin icra başçısına qarşı etiraz aksiyasının qarşısının alınmasını və yerli müsavatçıların həbs edilməsini pisləyib. Bunu da repressiyanın növbəti əlaməti kimi pisləyib.

Əli Kərimli daha sonra məlumat verdi ki, iclasda Azərbaycan hakimiyyətinin son günlərdə xarici siyasətdə atdığı paradoksal addımlar da müzakirə edilib: "Azərbaycan hakimiyyətinin rəsmiləri dünyanın müxtəlif paytaxtlarında eyni vaxtda bir-birinə zidd olan açıqlamalar veriblər. Biz bunu hakimiyyətin xarici siyasətinin olmaması kimi, hakimiyyətin çaşqınlığı kimi, hamını aldatmaq cəhdi və hakimiyyətin faktiki ikiləşməsi kimi qiymətləndirdik".

Koordinasiya Şurası Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümü və Əbülfəz Elçibəyin 75 illiyi münasibətilə yubiley tədbirləri keçirmək barədə qərar verib.//musavat.com//

AzNews.az
Bağla X