23:03
(077) 610-22-33

“Eldar Namazovun cibinə 5-10 manat pul qoyub...“

  • >
196 3 May 2013 15:38 | Siyasət

Eldar Namazov can atır ki, gedib Moskvada görüşlər keçirsin, bu cür xüsusiyyətli adamların tövsiyəsi əsasında da Azərbaycanda aranı qarışdırmaq üçün addımlar atsın.



Bunu Trend-ə Eldar Namazovun Moskvada keçirdiyi görüşləri şərh edərkən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

"Ümumilikdə, Eldar Namazov, "El" hərəkatında olan insanlar ermənipərəst qüvvələrlə əlbir olan Rusiyadakı müəyyən dairələrə işləyirlər", - Novruzov bildirib.

Onun sözlərinə görə, Eldar Namazov kimiləri Azərbaycanda stabilliyi pozmaq istəyən, Azərbaycanda olan inkişafı gözü götürməyən qüvvələrin layihəsi əsasında fəaliyyət göstərirlər və bunun nəticəsi olaraq Eldar Namazov can atır ki, gedib orada görüşlər keçirsin, bu cür xüsusiyyətli adamların tövsiyəsi əsasında da Azərbaycanda aranı qarışdırmaq üçün addımlar atsın.

"Onlar Azərbaycanda nəyisə birləşdirmək, ayırmaq, nəyəsə təsir göstərmək qabiliyyətində olan insanlar deyillər. Sadəcə olaraq ürək bulandırırlar və ermənilərin dəyirmanına su tökürlər ki, onlar da bunların adından istifadə edərək Avropaya, başqa-başqa ölkələrə Azərbaycan haqqında material ötürsünlər, Azərbaycanda insan hüquqları, mətbuat və yaxud siyasi partiyalar ilə bağlı dolaşıq məlumatlar yaysınlar. Eldar Namazov getdi Moskvaya, orada onu təlimatlandırdılar, cibinə 5-10 manat pul qoyaraq geri göndərdilər", - YAP rəsmisi bildirib.

Novruzov hesab edir ki, bu insanların fəaliyyəti heç bir nəticə verməyəcək.

"Bu gün Azərbaycan ilə Rusiya arasında çox yaxşı münasibətlər var. Əlaqələr çox genişdir, qarşılıqlı səfərlər edilir, görüşlər keçirilir və hesab edirəm ki, bu gün Azərbaycan ilə Rusiyanın ikitərəfli münasibətlərində heç bir problem yoxdur", - YAP rəsmisi bildirib.

AzNews.az
Bağla X